MSK sədrinin müavini Natiq Məmmədov

MSK-nın sədr müavini işdən çıxdı

254
(Yenilənib 10:51 12.09.2018)
O, Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin edilib

BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov işdən çıxıb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq.

N.Məmmədov isə Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin edilib.

Xatırladaq ki, N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib.

254
Teqlər:
işdən çıxma, Natiq Məmmədov, Mərkəzi Seçki Komissiyası, Nazirlər Kabineti