Azərbaycan və Rusiya bayraqları, arxiv şəkli

Rusiyadan Azərbaycana milyardlarla dollar axa bilər

7995
(Yenilənib 10:51 11.09.2018)
Rusiyalı ekspert Putinin Bakı səfərinin, eləcə də qarşıdan gələn Bakı-Moskva-Tehran üçtərəfli sammitinin mümkün nəticələrini şərh edib

BAKI, 10 sentyabr — Sputnik. “Prezident Vladimir Putinin Bakı səfərindən sonra Azərbaycan və Rusiya daha yaxın və daha səmərəli əməkdaşlıq edəcək, qarşılıqlı ixrac imkanları genişlənəcək”. Bunu Sputnik Azərbaycan-a rusiyalı politoloq Pavel Klaçkov Putinin gözlənilən Bakı səfərini şərh edərkən deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək. Bu barədə Rusiya KİV-lərinə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Klaçkovun fikrincə, Putinin Bakı səfərində əsas vurğu iqtisadi əməkdaşlıq məsələlərinin üzərinə qoyulacaq. Hazırda biz bunun üçün əlverişli perspektiv yarandığını müşahidə edirik. Sənaye, maşınqayırma, nəqliyyat, energetika sahəsində əməkdaşlıq imkanları genişlənir.

"Mən özüm dəfələrlə Bakıda olmuşam və görürəm ki, turizmin inkişafı üçün əhəmiyyətli perspektiv var" — politoloq bildirib.

Sputnik Azərbaycan-ın həmsöhbəti Rusiya tərəfdən Azərbaycan iqtisadiyyatına milyardlarla dollar mümkün sərmayə qoyuluşu imkanlarının olduğunu qeyd edib. Onun fikrincə, buna ən yaxşı misal SOCAR və Rusiya tərəfinin əməkdaşlığıdır. Həm də hazırda əczaçılıq sənayesi də əməkdaşlıq üçün açıqdır. Maliyyə, bank və sığorta sektorunda da fəal əməkdaşlıq mümkündür.

"Odur ki, iqtisadiyyat və nəqliyyat marşrutlarının, sənayenin real inkişaf perspektivləri ilə qarşı-qarşıyayıq" — deyə politoloq vurğulayıb.

Klaçkovun sözlərinə görə, təhlükəsizlik məsələlərini də unutmaq lazım deyil. Bakı bütün Cənubi Qafqazın təhlükəsizliyində başlıca rol oynayır. Burada Bakının mövqeyindən çox şey asılıdır. Moskva bunu əla başa düşür. Bununla əlaqədar olaraq Rusiya Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurur.

Onun fikrincə, Rusiya prezidentinin Azərbaycana səfərinin uğurlu nəticələri olacaq. Bu iki ölkə daha sıx və daha dostcasına əməkdaşlıq edəcək, qarşılıqlı ixrac imkanlarını genişləndirəcəklər.

"Putinin səfəri yüksək səviyyədə keçəcək və əməkdaşlığımızın dəyərini daha yaxşı anlamaq və inkişaf etdirmək üçün onu gözləyirik" — Klaçkov deyib.

İlin sonunda Moskvada Rusiya, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli sammitin keçiriləcəyini vurğulayan politoloq qeyd edib ki, bu ölkələri təkcə ümumi tarix, coğrafiya deyil, həm də toplanmış böyük kapital və əməkdaşlıq təcrübəsi birləşdirir.

Klaçkovun sözlərinə görə, üç ölkə arasında terrorizm təhlükəsi, Xəzər dənizi, qarşılıqlı investisiyalar, nəqliyyatla bağlı məsələlər də var. Azərbaycan burada əsas həlqədir, çünki o həm İranla, həm də Rusiya ilə həmsərhəddir. Bu baxımdan da hər üç ölkə özünün dəmir yollarını, eyni zamanda strateji əhəmiyyətli "Şimal-Cənub" transmilli layihəsini inkişaf etdirməlidir.

Politoloqun fikrincə, bu qəbildən olan birinci sammitin Rusiyada keçirilməsi onu göstərir ki, bu əməkdaşlıq müəyyən məntiqə əsaslanır.

Bütün bunlarla yanaşı, əvvəllər müzakirə olunan humanitar, enerji, geosiyasət, eləcə də digər sahələrdəki əlaqələrin qurulması ilə bağlı məsələlər Moskvada konkret həllini tapacaq, nazirliklərə və idarələrə onların həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar veriləcək.

"Və bütün bu sahələrlə bağlı irəliyə doğru addım gözləmək lazımdır" — deyə o bildirib.

Bununla yanaşı, politoloq deyib ki, terror təhlükəsi ilə mübarizədə, öz növbəsində Yaxın Şərqdə və Əfqanıstanda, digər qeyri-sabit bölgələrdə Rusiya, İran və Azərbaycanın üçtərəfli əməkdaşlığı olmadan, problemlərin öhdəsindən gəlmək mümkün deyil. Bu əməkdaşlıq həmin məsələlərdə sabitlik faktorudur.

Klaçkov hesab edir ki, qarşıdan gələn Rusiya sammitində qardaşlıq atmosferi olacaq. Bu, əməkdaşlığın ən gözəl formasıdır. Hətta demək olar ki, belə bir əməkdaşlığın necə həyata keçirildiyinin bariz nümunəsidir.

7995
Teqlər:
Bakı səfəri, Prezident Vladimir Putin, Pavel Klaçkov, Rusiya, Azərbaycan, politoloq, əməkdaşlıq
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Nazirlər Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyətini müzakirə ediblər

12
(Yenilənib 23:33 21.01.2021)
Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Fransanın xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

BAKI, 21 yanvar - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Naziriliyindən məlumat verilib. 

Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

12
Aşqabad şəhərindən bir görüntü. Arxiv şəkli

Aşqabadda mühüm görüş

9
(Yenilənib 22:57 21.01.2021)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək görüşüb.

BAKI, 21 yanvar - Sputnik. Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri daxil olmaqla, geniş spektr üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.

Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

9
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

0
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

0