Ağdam rayonunun girişi

Ağdamın yeni icra başçısı işə başladı

289
(Yenilənib 14:47 29.08.2018)
Vaqif Həsənovu kollektivə Zeynal Nağdəliyev təqdim edib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Vaqif Bəhram oğlu Həsənov kollektivə təqdim olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, V.Həsənovu  kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin kollektivi, idarə rəhbərləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Buna qədər həmin vəzifəni Raqub Məmmədov tutub. O, Prezident İlham Əliyevin 06 iyun 2018-ci il tarixli sərəncamına əsasən tutduğu vəzifədən azad edilib. Prezidentin 28.08.2018-ci il tarixli daha bir sərəncamı ilə Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

289
Teqlər:
təqdimat, Zeynal Nağdəliyev, Vaqif Bəhram oğlu Həsənov, İcra Hakimiyyətinin başçısı, Ağdam rayonu
Almaniya kansleri Angela Merkel, arxiv şəkli

Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi ərazi bütövlüyü..."

12
"Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir".

BAKI, 20 aprel — Sputnik. "Dağlıq Qarabağda baş verdiyi kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmadığı zaman beynəlxalq hüquq normaları tətbiq edilməlidir".

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.

"Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir. Bu qanunlara dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman tətbiq edilməlidir. Dağlıq Qarabağı misal göstərmək olar. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır. Avropa Şurasının bütün institutları bu işdə bir-biri ilə əməkdaşlıq etməlidirlər", - o bildirib.

12
 Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli

Rusiya XİN: "Çexiyanın hərəkətlərinin arxasında ABŞ-ın dayandığına şübhə yoxdur"

9
Mariya Zaxarova bəyan edib ki, Çexiya hakimiyyəti aradan keçən yeddi il ərzində hərbi anbarlarda baş verən partlayışın səbəbini araşdırıb başa çıxa bilməyib.

BAKI, 20 aprel — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Çexiya hakimiyyətinin Moskvaya qarşı hərəkətlərinin arxasında ABŞ-ın dayandığına şübhə yoxdur. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istindən məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Çexiya Rusiya diplomatlarını ölkədən qovub. Bu qərar 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə əlaqələndirilib. Bundan sonra Rusiya XİN-i Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını "persona non qrata" elan edib. Həmin şəxslər aprelin 19-na kimi Rusiya ərazisini tərk etməli idilər.

Eyni zamanda, Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Rusiya XİN-ə çağırılıb.

Baş verənlərlə bağlı Rusya diplomatiya idarəsi Çexiya hökumətinə sərt etirazını bildirib və cavab tədbirlərinin görüləcəyini bəyan edib.

Bu gün isə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Çexiya hakimiyyəti aradan keçən yeddi il ərzində hərbi anbarlarda baş verən partlayışın səbəbini araşdırıb başa çıxa bilməyib.

"Biz bütün kollektivlə birlikdə məsələnin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışdıq. Praqadakı səfirlik mənə kömək etdi, hamımız bu işə cəlb olunduq ki, Çexiyadakı anbarlarda nə baş verdiyini anlayaq. Yeddi il ərzində Çexiya hakimiyyəti nəinki kimin günahkar olduğu ilə bağlı sualı cavablandırmayıb, hətta ümumiyyətlə, o anbarlarda nə baş verdiyinə aydınlıq gətirə bilməyib", – deyə Zaxarova vurğulayıb.

"Sözügedən hadisə ilə bağlı ortada demək olar ki, rəsmi material yoxdur. Bu, paradoksdur", – deyə Rusiya XİN-in nümayəndəsi qeyd edib.

Zaxarova Çexiyada partlayış hadisəsinin araşdırılması ilə bağlı vəziyyəti isə "marazm" adlandırıb.

"Yerli hakimiyyət orqanları 2006-cı ildən bəri silah-sursat anbarının ordu tərəfindən istifadə edilmədiyindən və Müdafiə Nazirliyinin anbar binalarını xüsusi silah şirkətlərinə icarəyə verdiyindən xəbərsiz idi. Anbarlarda çox sayda silah səkkiz il səlahiyyətlilərin heç bir nəzarəti olmadan qalıb", - deyə o vurğulayıb.

9
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi

Tibbi maska infeksiya mənbəyinə çevrilərsə...

3
(Yenilənib 16:00 20.04.2021)
Azərbaycan Həkimləri İctimai Birliyinin idarə heyətinin üzvü Ədalət Rüstəm bildirib ki, tibbi maskadan istifadə müddəti 2 saatdan artıq ola bilməz.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda koronavirus pandemiyası dövründə açıq və qapalı şəraitdə maskadan istifadə məcburi olduğundan, maskadan virusdan qorunmaq məqsədilə deyil, cərimə olunmamaq üçün istifadə edənlər də az deyil. Məlumata görə, keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb. Statistikanı şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli tibbi maskadan istifadə ilə bağlı hesablama aparıb: "Ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşlarının maska taxmadığını (amma məktəblər açıq olanda taxırdılar) nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi. Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir. Ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində ən azı 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5x3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 milyard 180 mln. ədəd maska istifadə edilməli idi. Bizdə isə 1 ilə 77,6 mln. maska satılıb, ilə 1 nəfərə 9 maska düşür. Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib".

İqtisadçı bildirib ki, maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır. O qeyd edib ki, əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun: "Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir, camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir".

Həkimlər də tibbi maskadan uzun müddət istifadənin düzgün olmadığını söyləyirlər.

Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi maskadan istifadə müddəti 2 saatdan artıq ola bilməz. Onun sözlərinə görə, tibbi maska həmin müddətdən sonra keyfiyyətini itirir: "Tibbi maskanın əsas funksiyası qorumaqdır. İnsanlar pandemiya dövründə maskanı virusdan qorunmaq üçün istifadə edirlər. Amma bəzən bir maskanı bir gün və yaxud bir neçə gün istifadə edən insanlar var. Həmin şəxslər bilməlidirlər ki, bu zaman maska onları virusdan qorumayacaq. Əksinə, uzun müddət istifadə edilmiş maska infeksiya mənbəyinə çevriləcək".

Ə.Rüstəm xüsusilə yay fəslində bir tibbi maskadan iki saatdan artıq istifadənin düzgün olmadığını söyləyir. Onun sözlərinə görə, havalar isindikcə tərləmə nəticəsində maska daha tez çirklənir. Bu zaman maskanı tez-tez dəyişmək lazım gəlir".

Qeyd edək ki, N.Cəfərli açıq havada maska taxmaq tələbinin ləğv edilməsinin vacibliyini də qeyd etmişdi.

3