İlham Əliyev və Pyotr Poroşenko

İlham Əliyev Poroşenkonu təbrik edib

26
(Yenilənib 17:26 23.08.2018)
"Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir"

BAKI, 23 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Petro Poroşenkoya təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı — Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənəni özündə bariz şəkildə əks etdirir.

İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və daha da dərinləşməsi ölkələrimizin və xalqlarımızın rifahına yeni töhfələr verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

26
Teqlər:
Ukraynan Prezidenti Petro Poroşenko, Müstəqillik Günü, təbrik, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev