İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak edib

İlham Əliyev Aktau sammitində çıxış edib

397
(Yenilənib 16:21 12.08.2018)
İlham Əliyev: Konvensiyanın imzalanmasına qədər də Xəzər dənizi sabitlik və təhlükəsizlik dənizi idi.

BAKI, 12 avqust — Sputnik. Bu gün Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti keçirilib.

Sammit Xəzər dənizinin hüquqi statusu haqqında tarixi sənəd olan Konvensiyanın imzalanması ilə başa çatıb.

Sputnik Qazaxıstan-ın məlumatına görə, həm sammitdə, həm də imzalama mərasimində Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Azərbaycan prezidenti Xəzərin hüquqi statusu haqqında yekun sənədin Xəzəryanı ölkələrin, eləcə də Azərbaycanın həyatında mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Bakı bu konvensiyanın inkişafına öz töhfəsini verib.

"Konvensiya Xəzərin təhlükəsizliyini müəyyən edir. Konvensiyanın imzalanmasına qədər də Xəzər dənizi sabitlik və təhlükəsizlik dənizi idi. Bu sənəd ölkələrimizin gələcəyi üçün əhəmiyyətli rol oynayır" — deyə İlham Əliyev bildirib.

397
Teqlər:
Xəzərin hüquqi statusu, Konvensiya, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan
Əlaqədar
Putin: Xəzər sammiti dövrün fövqündə duran hadisədir
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı
Aktauda Xəzərin taleyi həll olunur: V sammit başlayıb