Elmar Məmmədyarov

Məmmədyarov ilə böyük sazişdən danışdı: "Bizim siyasətimiz "və ya"lara söykənmir"

6002
(Yenilənib 13:27 06.08.2018)
XİN başçısı: "Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və bizim xalqımızın, ümumilikdə regionun xeyrinə xidmət edəcək"

BAKI, 6 avqust — Sputnik. Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında dialoq uzun müddətdir ki, bərabərhüquqlu və qarşılıqlı səmərəli şəkildə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Azərbaycan ilə Aİ arasında yeni sazişə dairə prosesin necə getməsi barədə sualı cavablandıran nazir bildirib ki, bu günlərdə Brüsseldə Aİ rəsmiləri ilə baş tutan görüşlər bu cür yanaşmanın doğru olduğunu göstərir: "Proses düzgün istiqamətdə davam edir və bu, iki bərabərhüquqlu tərəfdaş arasında "böyük sazişin" imzalanmasına gətirib çıxaracaq".

Azərbaycan ilə Avropa İttifaqı arasında vizasız rejim barədə danışan Məmmədyarov vurğulayıb ki, bu iki tərəfdaş arasında artıq sadələşdirilmiş viza rejimi mexanizmi mövcuddur: "Bu sahədə qarşılıqlı əlaqələr inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verəcək səviyyə çatacaq".

"Azərbaycanın xarici siyasət kursu "və ya-və ya" prinsipi əsasında deyil, balanslaşdırılmış, çoxvektorlu və inklüziv xarakter daşıyır. Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və bizim xalqımızın, ümumilikdə regionun xeyrinə xidmət edəcək" — deyə XİN başçısı əlavə edib.

6002
Teqlər:
bərabərhüquqlu tərəfdaş, xarici işlər naziri Elmar Məmmədyarov, , Avropa İttifaqı, Azərbaycan
Əlaqədar
XİN rəsmisi Azərbaycan-Avropa əlaqələri barədə danışıb
Ekspert: “Avropa Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlıdır”
Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd imzalanacaq
Avropa İttifaqı Azərbaycanın layihəsini alqışladı
Azərbaycanın bu layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyətlidir
Ceyhun Bayramov, arxiv şəkli

Bayramov Rinkeviç Qarabağı müzakirə etdilər

12
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

BAKI, 4 dekabr — Sputnik. Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

12
Teqlər:
XİN, Qarabağ
Azərbaycan XİN-nin binası, arxiv şəkli

Azərbaycan Fransaya nota verdi

38
(Yenilənib 18:00 04.12.2020)
Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

BAKI, 4 dekabr - Sputnik. Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Sputnik Azərbaycan-a XİN-dən məlumat verilib.

Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

38
Teqlər:
səfir, nota, XİN, Fransa
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Avropanın ən böyük Sinaqoqunda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib

0
(Yenilənib 20:49 04.12.2020)
Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib.

BAKI, 4 dekabr — Sputnik. Dağ Yəhudiləri Dini İcması şəhidləri yad edib. Bakıda yerləşən sinaqoqda saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Ardınca isə şəhidlərin ruhuna dualar oxunub və ayinlər icra edilib. Bildirilib ki, Azərbaycan tolerant bir ölkədir və bütün dinlərin nümayəndələri burada dostluq, qardaşlıq şəraitində yaşayırlar. Qələbə xəbərini birgə qeyd etdikləri kimi, şəhidləri ruhu da birlikdə yad edilib.

0
Teqlər:
tolerant, dua, şəhidlər