Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr başlayıb

46
(Yenilənib 11:52 27.07.2018)
Tərəflər xarici siyasət sahəsində informasiya təminatı məsələlərini müzakirə edir

BAKI, 27 iyul — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, tərəflər xarici siyasət sahəsində informasiya təminatı məsələlərini müzakirə edir.

Rusiya nümayəndə heyətinə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova, Azərbaycan nümayəndə heyətinə isə XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev rəhbərlik edir.

Xatırladaq ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova dünən axşam Bakıya gəlib.

46
Teqlər:
siyasi məsləhətləşmələr, Mariya Zaxarova, Xarici İşlər Nazirliyi, Hikmət Hacıyev, Rusiya, Azərbaycan
Əlaqədar
Azərbaycanın müdafiə naziri Rusiyaya gedir
Rusiya nümayəndə heyəti Azərbaycana gəlir
Maksim Oreşkin: “Rusiyanın Azərbaycanın ÜDM-də töhfəsi 6 faizdən çox olub”