SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan İrana görə müttəfiqinə qarşı çıxdı

© AP Photo / Lefteris PitarakisTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp bəyan edib ki, əgər İran ABŞ-ı təhdid etməyə davam etsə, onda bunun nəticələrindən əziyyət çəkəcək

BAKI, 26 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İrana qarşı sanksiya tətbiq etməsi məsələsinə münasibət bildirib. Bu barədə Sputnik Azərbaycan Son Dakikaya istinadən xəbər verir.

"Sanksiyalarla bağlı bunu bilməlisiniz. Birləşmiş Ştatlar bizim strateji ortağımızdır. Lakin bizim digər strateji ortaqlarımızla münasibətləri kəsmək müstəqillik anlayışımıza ziddir. İran bizim həm qonşumuz, həm də strateji ortağımızdır. Biz onlardan önəmli mallar alırıq, bu malları ala bilmədiyimiz zaman bizim ölkəmizin xarıcı siyasəti nə olacaq? ", — deyə Ərdoğan vurğulayıb.

Ərdoğan qeyd edib ki, o bunları ABŞ-ın sabiq prezidentinə də deyib: "Biz bunları cənab Obamanın zamanında da demişik. İndi yenə bunların bizə deyilməsi bizi üzür. Bu ana qədər cənab Tramp yaxşı mövqe sərgiləyir. Biz bu mövqeyin gələcəkdə də sərgilənəcəyinə inanırıq. Yanlış addımların atılmayacağına ümid edirəm".

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İran ABŞ-ı təhdid etməyə davam etsə, onda bunun nəticələrindən əziyyət çəkəcək: "İran prezidenti Ruhaniyə: Heç vaxt, heç vaxt bundan sonra ABŞ-ı təhdid etməyin, əks halda tarixdə heç vaxt görmədiyiniz nəticələrə qatlanmalı olacaqsınız. Biz artıq sizin zorakılıq və ölüm haqqında axmaq sözlərinizə dözəcək ölkə deyilik. Diqqətli olun!"

Daha əvvəl İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampı "odla oynamamağa" çağıraraq qeyd edib ki, rəsmi Tehran heç kimlə müharibə aparmır: "Biz heç kimlə döyüşmür, müharibə aparmırıq".

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

Xəbər lenti
0