SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov: “Ermənistan bizdən vaxt istəyib”

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Эльмар Мамедъяров в ходе совместного брифинга с турецким коллегой Мевлютом Чавушоглу
Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров в ходе совместного брифинга с турецким коллегой Мевлютом Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan tərəfi artıq bu görüşə öz razılığını verib”

BAKI, 24 iyul — Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüş sentyabrda baş tuta bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Movlud Çavuşoğlu ilə bir yerdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüş Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində də baş tuta bilər: “Lakin bu görüş daha erkən də baş tuta bilər. Azərbaycan tərəfi artıq bu görüşə öz razılığını verib. Biz substantiv danışıqların tərəfdarıyıq. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməsi məsələsinə gəldikdə isə hələlik bu məsələ gündəmdə deyil. Ermənistan tərəfi danışıqlar prosesini daha da öyrənmək üçün bizdən vaxt istəyib".

Xəbər lenti
0