Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasında ikitərəfli görüş

Məmmədyarov-Çavuşoğlu görüşü keçirilir

24
(Yenilənib 18:17 24.07.2018)
Tərəflər qardaş ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edirlər

BAKI, 24 iyul — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Bakıda birgünlük səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüş əvvəlcə təkbətək formatda keçirilib.

Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi və gücləndirilməsi, eləcə də regional məsələlər barədə müzakirələr aparıblar.

Hazırda Elmar Məmmədyarov ilə Mövlud Çavuşoğlu arasında Bakıda geniş tərkibdə görüş keçirilir. Tərəflər qardaş ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edirlər.

24
Teqlər:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, görüş, danışıqlar