Sənədin imzalanması

İtaliya prezidenti qızına Azərbaycanda orden verildi

71
(Yenilənib 21:53 18.07.2018)
İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilib

BAKI, 18 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sercio Mattarella  Azərbaycan və İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

Azərbaycan prezidenti İlham Əliyev Laura Mattarellanın da “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

L. Mattarella Azərbaycan ilə İtaliya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilib.

71
Teqlər:
təltif, orden, Enzo Moavero Milanes, Laura Mattarella, Sercio Mattarella