Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova

Zaxarova Azərbaycan Ermənistan XİN rəhbərlərinin görüşündən danışıb

78
(Yenilənib 20:31 18.07.2018)
"Tərəflərin qurduğu istənilən konstruktiv münasibətlər bu vəziyyətin, problemin nizamlanmasının əsas məqsəd və vəzifələrinə nail olmağa xidmət etməlidir”

BAKI, 18 iyul — Sputnik. İstənilən konstruktiv münasibətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas məqsədinə nail olmağa xidmət etməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bu gün Moskvada keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Brüsseldə son görüşünün yekunları ilə bağlı özəl olaraq Trend-in sualını cavablandırarkən qeyd edib.

Rusiyanın XİN rəsmisi deyib: "Tərəflərin qurduğu istənilən konstruktiv münasibətlər bu vəziyyətin, problemin nizamlanmasının əsas məqsəd və vəzifələrinə nail olmağa xidmət etməlidir. Biz hər iki tərəfin münaqişənin tam nizamlanması və ya heç olmasa dialoqun davam etdirilməsi istiqamətində addımlarını dəyərləndiririk".

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində — Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

78
Teqlər:
XİN rəhbərləri, münasibət, Mariya Zaxarova, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan, danışıqlar
Mariya Zaxarova, arxiv şəkli

Rusiyadan dəstək gəldi: Moskva Azərbaycanın təşəbbüsünü alqışladı

1468
(Yenilənib 18:06 09.07.2020)
XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva bu kontekstdə maraqlı diskussiyaların olacağını da gözləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Rusiya BMT Baş Assambleyasının (BA) COVID-19 mövzusuna dair xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyir.

© Official website of President of Azerbaijan Republic
  Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Qoşulmama Hərəkatı və onun sədri olaraq Azərbaycanın təşəbbüsü ilə COVİD-19-la bağlı BMT Baş Assembleyasının xüsusi iclasının çağrılması ilə bağlı qərar qəbul edildi. Rusiya MDB üzrə tərəfdaşının bu təşəbbüsü dəstəklədi. Ümid edirik ki, xüsusi sessiya konstruktiv məcrada keçəcək və sessiya hər hansı substantiv qərarların qəbul edilməsi ilə yekunlaşacaq. Biz bu kontekstdə maraqlı diskussiyaların olacağını da gözləyirik" – deyə XİN rəsmisi bəyan edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

1468
Ermənistan XİN-i, arxiv şəkli

Rəsmi Bakı Ermənistan XİN-in iddialarına cavab verdi

6
(Yenilənib 12:09 09.07.2020)
Ermənistanın hazırkı rəhbərliyinin həm ölkə daxili iflasa uğrayan siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli KİV-in suallarını cavablandıraraq, nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətin beynəlxalq tanınmış ərazilərini zəbt edərək bir milyondan çox insanın fundamental hüquqlarını pozan bu ölkənin saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimini növbəti dəfə aydın şəkildə və konkret faktlarla ifşa edib".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

"Ermənistan XİN-i Azərbaycanı Ermənistanı "faydalı düşmən" obrazında təqdim etməkdə ittiham edir. Bununla bağlı ilk öncə qeyd olunmalıdır ki, Ermənistanın 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərini hərbi işğal altında saxlaması və bütün dünyanın qınadığı təcavüzkar siyasəti ilə özünə artıq düşmən obrazını çoxdandır ki, qazanıb. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyinin həm ölkə daxili iflasa uğrayan siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir.

Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün onun əleyhinə çıxış edən Ermənistan beləliklə də "əhalilərin sülhə hazırlanması" çağırışını ciddi şübhə altına qoyur.

Azərbaycanı düşmənçilik bəyanatlarında ittiham etmək cəhdlərinə gəldikdə isə, öz qanunsuz və təxribat xarakterli əməlləri ilə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycan rəhbərliyi timsalında alıb və bundan sonra da alacaqdır.

Azərbaycan və Ermənistan xalqlarının maraqlarından danışan Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, yalnız işğalçı qüvvələrin məlum BMT TŞ qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması, beləliklə də bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması hər iki xalqın marağındadır.

Azərbaycan Xarici İşlər Nazirliyi hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib və münaqişənin tezliklə həll olunması məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycanın olduğu kimi adlandırılmasında qətiyyətli mövqe nümayiş etdirmələrini tələb edib. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişilməzdir və prinsipial xarakter daşıyır", - deyə XİN rəsmisi qeyd edib.

6
Əlaqədar
XİN: Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması: Ermənistan işğalı uzatmaq niyyətindədir
XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil
Cəbhədə gərgin gecə: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır
Azərbaycan XİN: "Ermənistan rəhbərliyi öz xalqı qarşısında da cavab verəcək"
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0