Azərbaycan prezidenti İlham Əliyev

İlham Əliyev başsağlığı verdi

210
(Yenilənib 12:47 14.07.2018)
“Yaralananlara və xəsarət alanlara şəfa diləyirəm

“BAKI, 14 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Mastunq şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror aktından son dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

210
Teqlər:
başsağlığı, Prezident Məmnun Hüseyn, Pakistan, prezident İlham Əliyev
Председатель общественного объединения «Борчалы» Залимхан Мамедли

Siyasi şərhçi: “Gürcüstanda köhnə demokratik idarəetməyə tələbat özünü büruzə verir”

9
(Yenilənib 08:29 30.10.2020)
“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli deyir ki, Gürcüstanda mövcud hakimiyyətə siyasi oriyentasiya baxımından şübhəli yanaşılır
Zəlimxan Məmmədli: “Çoxluğun müxalifətə tərəfdar olacağını düşünürəm”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli Sputnik Azərbaycan-a deyir ki, hazırki İvanaşvili komandası hakimiyyətə maksimalist şüarlarla gəlib:

“Gürcüstanda mövcud hakimiyyətə siyasi oriyentasiya baxımından şübhəli yanaşılır. Hazırda Gürcüstanda ciddi proseslər gedir. Gürcüstanda köhnə demokratik idarəetməyə tələbat özünü büruzə verir. O baxımdan çoxluğun müxalifətə tərəfdar olacağını düşünürəm. “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan”ın qələbə qazanacağını düşünmək olar. Normal demokratik seçkilərin keçirilməsi mövcud hakimiyyətin yeni komanda formalaşdırmasına mane ola bilər”.

Zəlimxan Məmmədlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

21
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

21
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 37 dollara düşüb

0
(Yenilənib 12:38 30.10.2020)
Dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 37,65 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,67 dollar geriləyərək 36,98 dollar, "Light" markalı neftin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 35,62 dollar olub.

Qeyd edək ki, dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0