Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev

Heydər Əliyevin hakimiyyətə gəldiyi gün

107
(Yenilənib 00:39 14.07.2018)
Heydər Əliyev 34 il böyük siyasət səhnəsində olub. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edib.

BAKI, 14 iyul — Sputnik. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb. 

KP MK-nın 1-ci katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyevi Azərbaycan KP MK-nın 1-ci katibi seçib. Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi.

Heydər Əliyev 34 il böyük siyasət səhnəsində olub. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edib, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində yer alıb. 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdaraq 10 il Azərbaycana rəhbərlik edib.

107
Teqlər:
birinci katib, hakimiyyət, Heydər Əliyev, Plenum, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi
Azərbaycan Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Bu qədərini heç BMT gözləmirdi: bu gün toplanacaqlar

9
(Yenilənib 16:26 10.07.2020)
BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə səmimi nota göndərərək Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını qeyd edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. "Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının (BA) koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsünə BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da əhəmiyyətli sayda artıq dövlət tərəfindən dəstək bildirilib".

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə səmimi nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini və bu xüsusda, Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını qeyd edib.

"Qeyd etmək istərdik ki, hazırda Baş Assambleyanın rəsmi iclaslarının virtual formatda keçirilməsi üçün razılaşdırılmış format və modallıqlar mövcud deyil və əvvəlki xüsusi sessiyalarda olduğu kimi, hazırkı sessiyanın da modallıqları üzv dövlətlər arasında razılaşdırılacaq. Xüsusi sessiyanın başlanğıcında prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə milli qisimdə çıxışların dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır.

Baş Assambleyanın 74-cü sessiyasının sədrinin təmsil edən Nigeriyanın nümayəndə heyətinin rəhbəri xüsusi sessiyanın müvəqqəti sədri qismində çıxış edəcək.

İnanırıq ki, 10 iyul tarixində başlayacaq xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.

Azərbaycanın təşəbbüsünü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkürümüzü ifadə edir və xüsusi sessiyanın işinə uğurlar arzulayırıq", - deyə məlumatda qeyd olunur.

9
Mariya Zaxarova, arxiv şəkli

Rusiyadan dəstək gəldi: Moskva Azərbaycanın təşəbbüsünü alqışladı

1531
(Yenilənib 18:06 09.07.2020)
XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva bu kontekstdə maraqlı diskussiyaların olacağını da gözləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Rusiya BMT Baş Assambleyasının (BA) COVID-19 mövzusuna dair xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyir.

© Official website of President of Azerbaijan Republic
  Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Qoşulmama Hərəkatı və onun sədri olaraq Azərbaycanın təşəbbüsü ilə COVİD-19-la bağlı BMT Baş Assembleyasının xüsusi iclasının çağrılması ilə bağlı qərar qəbul edildi. Rusiya MDB üzrə tərəfdaşının bu təşəbbüsü dəstəklədi. Ümid edirik ki, xüsusi sessiya konstruktiv məcrada keçəcək və sessiya hər hansı substantiv qərarların qəbul edilməsi ilə yekunlaşacaq. Biz bu kontekstdə maraqlı diskussiyaların olacağını da gözləyirik" – deyə XİN rəsmisi bəyan edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

1531
Koronavirus testi, arxiv şəkli

Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam

0
(Yenilənib 18:42 10.07.2020)
"Koronavirusa yoluxub sağalan şəxsdə xəstəliklə bağlı immunitet yaranır. Həmin şəxslər rahatlıqla öz işlərinə davam edə bilərlər"

BAKI, 10 iyul — Sputnik. Koronavirusa yoluxub sağalmış insanlar yoluxdurucu sayılmır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

O deyib ki, koronavirusa yoluxub sağalan şəxsdə xəstəliklə bağlı immunitet yaranır: "Belə şəxslərin 21 gündən sonra təkrar test verməsi tələb olunmur. Həmin şəxslər rahatlıqla öz işlərinə davam edə bilərlər".

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda koronavirusla bağlı son durum: 526 yeni yoluxma və 8 ölüm
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları
Rusiya koronavirus vaksininin sınaqlarının yekun mərhələsinə başlayıb
Koronavirusa qarşı yeni dərmanlar tapıldı