Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşü. Brüssel, 11 iyul 2018-ci il

Azərbaycan Ermənistan XİN rəhbərlərinin görüşü 4 saat çəkib

278
(Yenilənib 02:29 12.07.2018)
Danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb

BAKI, 12 iyul — Sputnik. "Azərbaycan və Ermənistan XİN rəhbərləri — Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib".

Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması  üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb", deyə H.Hacıyev qeyd edib.

Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) vasitəçiliyi ilə ilk görüşü keçirilib.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Bundan əvvəl Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.

278
Teqlər:
müzakirə, Brüssel, görüş, Zöhrab Mnatsakanyan, Elmar Məmmədyarov
Politoloq Ramiyə Məmmədova

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək”

10
(Yenilənib 10:08 29.11.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmür
Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”

“ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid edirik”. Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, yanvarda Bayden hakimiyyəti işə başlayacaq, ancaq bu günə qədər ABŞ hökumətinin İran siyasəti dəyişməz qalır:

“ABŞ geopolitik maraqlarını bütün maraqlarından öndə tutur. Ona görə də Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmürəm. ABŞ bu yaxınlarda İran sərhədlərinin yaxınlığına qırıcı təyyarələr göndərib. Bu o deməkdir ki, İranı hələ də ABŞ təhdidi gözləyir. Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv şəkli

Ağdam urbisidin parlaq illüstrasiyası etirafıdır - Hikmət Hacıyev

23
(Yenilənib 23:04 28.11.2020)
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda urbisidin həyata keçirildiyini bəyan edib.

BAKI, 28 noyabr - Sputnik. "Ağdam urbisidin (genosidin şəhərlərə qarşı istifadə olunması - red) parlaq illüstrasiyası və etirafıdır. Şəhərlərin soyqırımı. Ermənistan 28 il işğal müddətində Ağdamda həqiqi urbisid həyata keçirib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Twitter-dəki hesabında yazıb.

Ağdam - vivid illustration and recognition of URBICIDE. Genocide against cities. Within 28 years of occupation Armenia truely and wholeheartedly conducted #URBICIDE to Agdam. https://t.co/io3ElQtyWQ

23
Teqlər:
Hikmət Hacıyev, Ağdam
Aleksandr Myasnikov, arxiv şəkli

Məşhur həkim yenə qorxudur: "Flakətin bir addımlığındayıq"

0
(Yenilənib 14:36 29.11.2020)
"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar"

BAKI, 29 noyabr - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov dünyada yeni, ölüm göstəricisi yüksək olan pandemiyanın olacağı barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Myasnikov özünün Telegram kanalında yazıb.

 

Həkim qeyd edib ki, insanlar COVID-19 kimi epidemiyalara hazır deyillər. Üstəlik, onlara qarşı universal vaksin yoxdur.

"Əgər 35-40 faiz ölüm göstəricisi olan virus yayılsa, o cür vaksinin peyda olmasınadək on milyonlarla insan həlak olacaq. Dediyim odur ki, indi bütün alimlərin gücünü məhz bu cür vaksinin hazırlanmasına yönəltmək lazımdır! İstədikləri qədər pul və vəsaitlə təmin etmək lazımdır. Yoxsa sonra dəfələrlə baha başa gələcək", - o qeyd edib.

Myasnikov deyir ki, bəşəriyyət məhz qrip təhlükəsi altındadır - ya quş, ya da donuz.

"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar, fəlakətin bir addımlığındayıq!" - mütəxəssis yazıb.

0
Teqlər:
pandemiya, mutasiya, Çin, dünya, donuz qripi, Quş qripi, qrip, epidemiya