Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı, arxiv şəkli

Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə

121
(Yenilənib 19:55 11.07.2018)
Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəy ifadə olunub

BAKI, 11 iyul — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri barədə bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bəyanatda deyilir ki, səfər çərçivəsində dövlət başçısı Avropa İttifaqı Şurasının mənzil-qərargahında Aİ Şurasının prezidenti Donald Tusk ilə görüşüb və görüş əsnasında hərtərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb:

"Prezident İlham Əliyev və prezident Donald Tuskun müşayiəti altında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Federika Mogerini tərəfindən Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri Sənədi paraflanıb.

Tərəfdaşlıq Prioritetləri sənədinin 1-ci bəndində təsbit olunduğu kimi, Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırıblar. Tərəfdaşlıq Prioritetləri 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu və qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir.

Sənəddə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasəti və geniş iqtisadi islahatlar proqramı, Avropa İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla, ölkəmizə qoyulan birbaşa xarici sərmayələrin yarısında pay sahibi olaraq əsas investisiya tərəfdaşı olduğu bildirilir. Azərbaycan və Avropa İttifaqının birbaşa enerji və nəqliyyat uzlaşmaları yaratmaq kimi birgə strateji məqsədlərini nəzərə alaraq, Tərəfdaşlıq Prioritetləri sənədi Azərbaycanın strateji enerji tərəfdaşı rolunu, coğrafi mövqeyinə görə təbii nəqliyyat qovşağı olaraq bağlantıları genişləndirmək, ticarət və logistikanı inkişaf etdirmək və regionda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrini inkişaf etdirmək kimi imkanlar təqdim etdiyi vurğulanır. Cənub Qaz Dəhlizinin yekunlaşması və vaxtında Azərbaycan qazının Avropa bazarlarına çatdırılması da sənəddə əsas prioritet istiqamətlər kimi təsbit olunub. Tərəfdaşlıq Prioritetləri yaxşı idarəçilik, mobillik və insanlararası əlaqələr, mədəniyyətlərarası dialoq, humanitar və təhsil və digər qarşılıqlı maraq doğuran əsas sahələrdə əməkdaşlığı ehtiva edir".

Azərbaycan XİN qeyd edib ki, prezident İlham Əliyevin 2017-ci ildə Avropa İttifaqına səfəri və onun ardınca Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə açıb: "Tərəfdaşlıq Prioritetləri, "20 Deliverables for 2020" və tərəfdaşlıq sazişinin tezliklə yekunlaşdırılması ilə digər layihələr Avropa İttifaqı və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün mühüm zəmin və hərtərəfli çərçivə yaradır. Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunduğu kimi, Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edirik. Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir".

121
Teqlər:
Xarici İşlər Nazirliyi, Brüssel, Avropa İttifaqı, İlham Əliyev, səfər, ərazi bütövlüyü, Qarabağ
Əlaqədar
İlham Əliyev önəmli görüş keçirib
İlham Əliyev Belçikaya gedib
Brüsseldə Azərbaycan üçün çox vacib sənəd imzalanıb
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

9
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

9
 Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli

Rusiya Bakı ilə Yerevanın münasibətlərinin normallaşması üçün hər şeyi edir Zaxarova

18
(Yenilənib 01:24 09.08.2020)
Rusiya XİN-in nümayəndəsinin sözlərinə görə, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına yağ tökülməsini minimallaşdırmağa cəhd edir

BAKI, 8 avqust — Sputnik. Yerevanla Bakı arasında münasibətlərin normallaşması üçün Moskva əlindən gələni edir.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Mənalar məkanı – 2020” Ümumrusiya təhsil forumunda çıxışı zamanı deyib. 

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında baş verənlər, sözsüz ki, bu iki ölkənin öz işidir, amma həm ATƏT-in Minsk qrupunun üzvü, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla, demək olar ki, qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına kiminsə yağ tökməsini minimallaşdırmağa cəhd edir.

Zaxarovanın sözlərinə görə, RF “baş verənlərin ziyanının azaldılmasına çalışır və bunun yenidən başlanmaması üçün əlindən gələni edir”.

Qeyd edək ki, iyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan  dövlət sərhədində  atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirlərilə onlar itki verərək geri oturdulublar.

Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.

İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.

Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər  İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.

İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.

Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

 

18
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
Tovuzda vəziyyət yenidən gərginləşdi
Tovuzda kənd sakini evsiz qaldı - FOTOLAR
Tovuz atəş altında: yerli sakinlər öz evlərini tərk etmək fikrində deyillər
Tovuz hadisələri dünya nəhənginin rəhbərliyinin müzakirə masasında