SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Erməni nazir Məmmədyarovla görüşdən gözləntilərini açıqladı

© Sputnik / Aram NersesyanErmənistanın xarici işlər naziri Zograp Mnatsakanyan
Ermənistanın xarici işlər naziri Zograp Mnatsakanyan - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın Brüsseldə görüşü keçiriləcək

BAKI, 10 iyul — Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən gözləntilərini açıqlayıb. Sputnik Ermənistan xəbər verib ki, nazir danışıqların dinamikasının vacibliyini qeyd edib.

Mnatsakanyan jurnalistlərin Ermənistan və Azərbaycan liderlərinin mümkün görüşü barədə sualını belə cavablandırıb: "Hələlik nazirlərin görüşü gözlənilir".

Qeyd edək ki, sabah Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Brüsseldə görüşü keçiriləcək. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endrü Sxoferun (ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Məlumata əsasən, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xəbər lenti
0