Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Azərbaycan Türkiyə prezidentlərinin geniş tərkibdə görüşü olub

33
(Yenilənib 16:19 10.07.2018)
Ərdoğanın Azərbaycana səfəri davam edir

BAKI, 10 iyul — Sputnik. Bu gün təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.

Sputnik Azərbaycan-ın Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, Ərdoğanın Azərbaycana səfəri davam edir.

Xatırladaq ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Əroğanın Azərbaycana rəsmi səfərə başlayıb. Ərdoğan, iyulun 9-da prezident kimi and içdikdən sonra ilk rəsmi səfərini Azərbaycana edib.

33
Teqlər:
görüş, geniş tərkib, işçi nahar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Əlaqədar
Ərdoğan Bakıya yola düşdü
Rəcəb Tayyib Ərdoğan Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ərdoğan Bakıda ilk mesajını verdi
Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş olub
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Luici Di Maio ilə Qarabağı müzakirə etdi

6
(Yenilənib 11:05 27.11.2020)
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

6
Teqlər:
müzakirə, nazir, İtaliya, Ceyhun Bayramov, Azərbaycan XİN
Əfqanıstan bayrağı, arxiv şəkli

Əfqanıstanla əməkdaşlığı necə genişləndirməli - Ceyhun Bayramov əfqan həmkarına zəng edib

13
Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstanın Xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər.

9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

13
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

0
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

0