QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Tezliklə azərbaycanlı nazirlə görüşəcəm" – Mnatsakanyan

© Sputnik / Aram NersesyanErmənistanın xarici işlər naziri Zograp Mnatsakanyan
Ermənistanın xarici işlər naziri Zograp Mnatsakanyan - Sputnik Azərbaycan
Abunə olmaq
Mnatsakanyan azərbaycanlı həmkarı ilə tezliklə görüş planlaşdırıldığını təsdiqləyib

BAKI, 7 iyul — Sputnik. "Ermənistan üçün Dağlıq Qarabağ üzrə danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir".

Sputnik Azərbaycan "news.am"-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan "Şant" telekanalına verdiyi müsahibədə deyib.

Z.Mnatsakanyan azərbaycanlı həmkarı ilə tezliklə görüş planlaşdırıldığını təsdiqləyib.

"Sülh üçün əlverişli bir atmosferdən danışarkən, bu, geniş kontekstə malik bir prinsipdir və bu atəşkəs rejimini gücləndirilməsi də daxil olmaqla funksiyaları əhatə edir. Bizim tərəfimizdən heç nə dəyişməyib", — deyə Ermənistan XİN rəhbəri bildirib.

Erməni nazir, həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin monitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikri şərh edərkən deyib.

Xəbər lenti
0