Birləşmiş Ştatların Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Uilyam Gil

ABŞ-ın müstəqilliyinin ildönümü münasibətilə qəbul keçirilib

107
(Yenilənib 12:44 05.07.2018)
ABŞ müstəqil, sabit, çiçəklənın Azərbaycanı dəstəkləməyə davam edir

BAKI, 4 iyul — Sputnik. “Bu gün biz ABŞ-ın müstəqilliyinin 242-ci ilini qeyd edirik. ABŞ 1776-cı ildə başladığı yolla irəliləməkdə qətiyyətlidir. Bu yaxınlarda 1918-ci ildə yaradılan Azərbaycanın müstəqilliyinin 100 illiyini qeyd eləməkdən də məmnunluq hissi duyuram”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatların Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Uilyam Gil bildirib.

"Bu il mən şahidi oldum ki, ölkənin hər yerindən azərbaycanlılar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə sahiblənir və fəxr edirlər. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ABŞ Azərbaycanın müstəqilliyini dəstəkləyib" – deyə Gil vurğulayıb.

O, həmçinin qeyd edib ki, ABŞ müstəqil, sabit, çiçəklənın Azərbaycanı dəstəkləməyə davam edir: “Əminəm ki, birgə işləyərək hər iki ölkəyə yaxşı gələcək qura bilərik və quracağıq”.

Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov iki ölkə arasında olan strateji münasibətləri yüksək dəyərləndirib: "Bu gün Azərbaycan ABŞ başçılığı altında formalaşan anti-terror tədbirlərini dəstələyir. ABŞ isə öz növbəsində Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü, dəstəyi və iştirakı ilə həyata keçirilən layihələrə dəstək verir. Azərbaycan tərəfi ABŞ prezidenti Donald Trampın ölkəmizə münasibətini və ABŞ-ın Azərbaycandakı böyük layihələrin reallaşdırılmasına dəstəyini yüksək qiymətləndirir".

Daha sonra Samir Şərifov Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinı diqqət çəkərək prezident İlham Əliyevin ABŞ prezidenti Donald Trampa müstəqillik günü münasibətilə göndərdiyi məktubdan sitat gətirib: "Biz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözləyirik. Buna görə də münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik".

107
Teqlər:
Uilyam Gil, müstəqillik, ABŞ, rəsmi qəbul, səfirlik