İlham Əliyev və Vladimir Putin

Vladimir Putin Ermənistan baş nazirini Azərbaycan prezidentinə təqdim edib

203
Paşinyan görüşdə heç bir məsələnin müzakirə olunmadığını xüsusilə qeyd edib

BAKI, 15 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Paşinyan "Facebook" səhifəsində yerləşdirdiyi videoda bildirib: "Vladimir Putin Rusiya-Səudiyyə Ərəbistanı oyunundan sonra MDB ölkələrinin rəhbərləri formatında kiçik qəbul təşkil etmişdi. Azərbaycan prezidenti İlham Əliyev də həmin qəbulda idi. Rusiya prezidenti bizi tanış etdi".

Paşinyan görüşdə heç bir məsələnin müzakirə olunmadığını xüsusilə qeyd edib. "Bu, sadəcə tanışlıq idi. Hansısa müzakirə, məzmunlu danışıq və görüş olmadı" — deyə Paşinyan vurğulayıb.

203
Teqlər:
tanışlıq, təqdim etmək, Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin