ATƏT bayrağı

Həmsədrlər Ermənistan səfəri barədə bəyanat yaydılar

13
(Yenilənib 17:44 14.06.2018)
Ermənistanın rəsmi şəxsləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin və şəxsi nümayəndəsinin işini dəstəkləməyə hazır olduqlarını bildiriblər

BAKI, 14 iyun — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfərləri ilə bağlı bəyanat yayıblar.

Sputnik Azərbaycan ATƏT-in saytına istinadən xəbər verir ki, iyunun 12-14-də Ermənistanda səfərdə olan həmsədrlər xarici işlər naziri Zohrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüşüblər.

Ermənistan prezidenti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Ermənistan prezidenti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

"Həmsədrlər və Ermənistanın rəsmi şəxsləri danışıqlar prosesini nəzərdən keçirib və nazirlərin görüşü də daxil olmaqla, prosesin irəliləməsi üçün atılacaq növbəti addımları müzakirə ediblər. Tərəflər Ermənistan və Azərbaycan sərhədində, həmçinin təmas xəttində vəziyyətə dair fikir mübadiləsi aparıb, konstruktiv mühitin qorunmasının vacibliyini vurğulayıblar.

Ermənistanın rəsmi şəxsləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin və şəxsi nümayəndəsinin işini dəstəkləməyə hazır olduqlarını və həmsədrlərin himayəsi altında səmərəli fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını bildirdilər" – deyə bəyanatda bildirilir.

13
Teqlər:
Minsk Qrupu, həmsədrlər, görüş, bəyanat