SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Vladimir Putinə: “Azərbaycan-Rusiya münasibətləri məmnunluq doğurur”

© Sputnik / Alexei Druzhininİlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti Rusiya Prezidentinə məktub göndərib

BAKI, 11 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi salamlayır, Moskva,  “Novo-Oqaryovo” dövlət iqamətgahı, 26 dekabr 2017-ci il - Sputnik Azərbaycan
RUSİYA
Vladimir Putin İlham Əliyevi və azərbaycanlıları təbrik etdi

Dost Rusiya bu gün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələlərini uğurla həll edir. Rusiya beynəlxalq arenada fəal rol oynayır.

Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə səmərəli əməkdaşlığını və sıx qarşılıqlı fəaliyyətini əyani şəkildə əks etdirən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da ənənəvi sıx dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın və ölkələrimizin mənafeyi naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün rusiyalılara isə sülh və firavanlıq diləyirəm".

Xəbər lenti
0