SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: “Ümid edirəm ki, torpaqlarımızın işğalı faktına adekvat qiymət veriləcək”

© Photo : AZƏRTACPrezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Panellərdə enerji təhlükəsizliyi, iqtisadi azadlıq, rəqəmsal iqtisadiyyat, təhsil transformasiyası, nəqliyyat və s. mövzular ətrafında debatlar keçiriləcək

BAKI, 9 iyun — Sputnik. Bakıda Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Alyansın üzvü Qüdrət Həsənquliyev, və digər rəsmilər iştirak edirlər.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyevin müraciəti oxunub.

Müraciəti Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.

Bakı şəhəri - Sputnik Azərbaycan
TƏHLİL
Bakıda tarixi sammit: İsrail niyə dəvətli deyil?

Dövlət başçısı Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının qısa müddətdə Avropada nüfuzlu təşkilata çevrildiyini bildirib: "Qurumun azadlıq, demokratiya kimi bəyan etdiyi ənənələr Azərbaycan xalqının həyatında mühüm yer tutur. Bu tədbir Avropada bir çox dövlətlərdən öncə qadınlara səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi dövrə təsadüf edir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir: "Cənub Qaz Dəhlizi bu sahədə uğurlara yeni imkanlar yaradacaq. Azərbaycan humanitar əlaqələrin inkişafına dəstək verir, qlobal problemlərin həllində iştirak edir, Təəssüf ki, 30 il əvvəl başlamış Dağlıq Qarabağ münaqişəsi ölkəmizin və regional inkişafın qarşısında ən böyük mane olaraq qalmaqdadır. Ermənistan torpaqlarımızın 20 faizini işğal edib, 1 milyondan çox insanımız məcburi köçkünə çevrilib. Beynəlxalq təşkilatlar münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı qətnamə və qərarlar qəbul etsə də, münaqişənin həlli ilə bağlı real addımlar atılmayıb. Ümid edirəm ki, Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək. İnanıram ki, bu sammit yüksək işgüzarlıq şəraitində keçiriləcək, demokratiyanın inkişafına, sülhün bərpasına xidmət edəcək".

Panellərdə enerji təhlükəsizliyi, iqtisadi azadlıq, rəqəmsal iqtisadiyyat, təhsil transformasiyası, nəqliyyat və s. mövzular ətrafında debatlar keçiriləcək.

Xəbər lenti
0