“Endryu Melon Auditorium”da Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib

ABŞ paytaxtında möhtəşəm Azərbaycan təntənəsi - FOTOLAR

38
(Yenilənib 16:35 06.06.2018)
Tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı fikirlərini ifadə ediblər

BAKI, 6 iyun — Sputnik. ABŞ paytaxtının tarixi və mötəbər binalarından biri olan "Endryu Melon Auditorium"da Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, ziyafətdə ABŞ tərəfini Daxili işlər və ekologiya naziri Rayan Zinke, Ağ Evin rəsmi nümayəndəsi və ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Hill, Dövlət katibinin təhsil və mədəniyyət üzrə köməkçisi Mari Roys, Dövlət katibinin köməkçisinin müavinləri Bricit Brink, Tim Lenderkinq və Dan Rasenblum, Müdafiə katibinin köməkçisinin müavini Laura Kuper, 

ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədri Andrü Şofer, ABŞ milli qvardiyasının sədr müavini, üç ulduzlu general Daniel Hokanson, konqresmenlər Bill Şuster, Henri Koeller, Mark Medous, Kolumbiya dairəsinin katibi Lauren Vaugan təmsil edib.

Min nəfərədək qonağın iştirak etdiyi ziyafətdə ABŞ-ın dövlət qurumları, o cümlədən Ağ Ev, Dövlət Departamenti, Müdafiə Departamentinin çoxsaylı təmsilçiləri, Konqres üzvləri və peşəkar heyət, bir sıra ştatların nümayəndələri, xarici ölkə səfirləri, hərbi attaşeləri və diplomatik korpusun digər əməkdaşları, düşüncə mərkəzləri, geniş ictimaiyyət, o cümlədən Azərbaycan, türk və yəhudi icmasının çoxsaylı nümayəndələri iştirak edib.

Ziyafətin açılışında çıxış edən səfir Elin Süleymanov sözügedən tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünə həsr olunduğunu bəyan edib.

Diplomat 100 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının qanunauyğunluğunu qeyd edərək, mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin qurulması, tolerantlıq ənənəsinin inkişafı və dini, etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyinin təmini edildiyini, bir çox aparıcı Qərb dövlətlərindən daha əvvəl qadınlara səsvermə hüququnun verildiyini bildirib.

100 il sonra yenə Azərbaycanın qabaqcıl mövqedə dayandığını söyləyən səfir Süleymanov ölkəmizin regionda həyata keçirdiyi irimiqyaslı layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırladıb, Azərbaycanın həm də peyk ölkəsinə çevrildiyini bildirib, bu layihələrin yalnız Azərbaycan deyil, daha geniş coğrafiyanın inkişafına səbəb olduğunu vurğulayaraq, ölkəmizin regionda liderlik rolunun ölkəmizin başçısının strateji və uzaqgörən baxışı ilə bağlı olduğunu önə çəkib. Bundan başqa, tolerantlıq və multikulturalizm ənənələri ilə fərqlənən Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dini qrupların Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini eyni coşqu ilə qeyd etdiklərini söyləyən səfir xalqımız üçün müstəqilliyin əsas nemət olduğunu vurğulayıb. Səfir Azərbaycanda yəhudi sinaqoqu və pravoslav kilsəsində Azərbaycan himninin xorla ifa edilməsi videosuna istinad edərəkç himnin gözyaşı ilə oxunduğu xatırladıb, Azərbaycanın bütün vətəndaşları üçün sevimli vətən olduğunu vurğulayıb.

Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan və bir çox sahəni, o cümlədən enerji təhlükəsizliyi, terrorla mübarizə, müdafiə və təhlükəsizlik məsələlərini əhatə edən əməkdaşlığı vurğulayib. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırlayan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Həmçinin, E.Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illi münasibətilə prezident D.Tramp və Dövlət katibi M.Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini razılıqla xatırladıb.

  • “Endryu Melon Auditorium”da Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib
    “Endryu Melon Auditorium”da Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib
    © Photo : Azərbaycan Respubliakısının ABŞ-dakı Səfirliyi

1 / 6

Səfir ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını bildirib və ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, o cümlədən Balkanlar, İraq və hazırda Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb. Səfir Süleymanov Vətənimizin keşiyində layiqincə göstərdikləri xidmətlərə və dünyanın müxtəlif yerlərində sülhməramlı missiyalarda iştirakına görə Azərbaycan hərbiçilərinə minnətdarlığını bildirib.

E.Süleymanov ABŞ administrasiyası da daxil olmaqla ziyafətdə çoxsaylı qonaqların iştirakının ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu bildirdib. Həmçinin səfir tədbirin məhz Ramazan ayına təsadüf etməsini xoş məqam kimi qeyd edərək müstəqilliyin Azərbaycan üçün ən vacib nemət olduğunu vurğuladı.

Tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı fikirlərini ifadə ediblər.

Daxili işlər və ekologiya naziri Rayan Zinke çıxış edərək Azərbaycan Xalq Cümhurriyətinin 100 illiyi ilə bağlı səmimi təbriklərini catdırdı. O, Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirdiyini vurğulayaraq ölkəmizin verdiyi töhfələrin nəzərə alınmasının vacibliyini bildirdi. Ölkəmizi müttəfiq, dost və tərəfdaş adlandıran ABŞ naziri Azərbaycanı həm region, həm də dünya üçün çox vacib olduğunu söylədi.

38
Teqlər:
Elin Süleymanov, Azərbaycan Silahlı Qüvvələri Günü, Azərbaycan Xalq Cümhuriyyəti, ABŞ, səfirlik