Aİ bayrağı

Azərbaycan arasında mühüm danışıqların vaxtı bilindi

151
(Yenilənib 19:53 22.05.2018)
Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişindən də danışan Danilidis qeyd edib ki, bu məsələdə hər şey razılaşdırlıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. 29-30 may tarixlərində Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında sazişə dair yeni müzakirələr aparılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri Denis Danilidis bildirib.

"Danışıqların budəfəki raundu Bakıda keçiriləcək. Bununla bağlı bazar ertəsi Brüsseldən xüsusi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Bu istiqamətdə danışıqlar aparılır. Hələlik tərəflər arasında danışıqların nə vaxt yekunlaşacağı və sazişin nə vaxt bağlanacağı məlum deyil" – deyə Aİ rəsmisi qeyd edib.

Флаги в отражении на стенде с эмблемой ЕС
© Sputnik / Aleksey Vitvitsky

Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişindən də danışan Danilidis qeyd edib ki, bu məsələdə hər şey razılaşdırlıb: "Bu məsələdə Aİ üçün hər şey aydındır. Avropa İttifaqı və Azərbaycan aviasiya sazişi barədə danışıqları bitirib. Bizim əlimizdə tərəflərin razılaşdırdığı sənəd var. Mən belə başa düşürəm ki, Azərbaycan tərəfinin razılaşmanın milli aviadaşıyıcı olan AZAL-a və iqtisadiyyatın digər sahələrinə necə təsir edəcəyini analiz etməyə ehtiyacı var".

Avropa Komissiyası 2011-ci ilin oktyabrında Aİ-yə üzv 27 dövlətdən Azərbaycanla ümumi aviasiya məkanı haqqında sazişin imzalanması haqqında danışıqlar aparmaq üçün mandat alıb.

Aİ-nin “Vahid Avropa Səması” ideyası istənilən üzv ölkəyə marşrut və uçuşların sayının (tezlik) seçilməsi ilə bağlı hər-hansı məhdudiyyətsiz uçuşlar həyata keçirməyə imkan verir və bu uçuşların saziş iştirakçısı olan ölkənin istənilən aviasiya şirkəti tərəfindən həyata keçirilməsinə imkan verir.

151
Teqlər:
Denis Danilidis, Avropa İttifaqı, Azərbaycan, danışıqlar