SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Avropa Şurasından çıxacaq?

© AFP 2023 / FREDERICK FLORINЗаседание Парламентской ассамблеи Совета Европы, фото из архива
Заседание Парламентской ассамблеи Совета Европы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azay Quliyev: "Avropa ilə əlaqələrimizi korlamaq istəyən qüvvələr var"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. "AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq olunan sanksiya çox ədalətsizdir, heç bir əsasa söykənmir və bunu mən qərəzli mövqe hesab edirəm".

Azay Quliyev - deputat, Azərbaycan Respublaikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri - Sputnik Azərbaycan
SİYASƏT
"Səməd Seyidovun istefasını düzgün hesab etmirəm"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mili Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Avropa Şurasında Azərbaycanla bağlı hazırlanan hesabata və nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq olunan sankiyalara münasibət bildirərkən qeyd edib.

"Şəxsən Səməd Seyidovun bu korrupsiya məsələsində rolunu sübut edəcək bir dəlil yoxdur. Hazırlanmış hesabat özü də ziddiyətlərlə doludur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur" — deyə Azay Quliyev bildirib.

O qeyd edib ki, AŞPA heç bir halda öz ali dəyərlərini kiçiltməməlidir: "Hər hansı bir sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə bir addım atılmamalıdır".

ATƏT PA-nın vitse-prezidenti baş verənlərlə bağlı Azərbaycanın Avropa Şurasından çıxacağına inanmadığını bildirib: "Azərbaycan qurumun ən fəal üzvüdür. Fəaliyyət, prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Müəyyən dairələrin təzyiqi altında, onların istəyi ilə provokativ şəkildə Azərbaycanın öz qərarına yenidən baxmaq, AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdı"r.

Quliyevin sözlərinə görə, bu cür layihələrın arxasında duran əsas məkrli planlar odur ki, Azərbaycan ilə Avropa strukturları arasında münasibətlər korlansın, Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin.

"Nəzərə alsaq ki, bu gün Azərbaycan Avropa İttifaqı və Avropa ölkələrinin əsas ticarət tərəfdaşlarındandır, Avropanın alternativ enerji ilə təmin olunmasında mühüm rol oynayır. TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi layihələr icra olunur. Belə olan halda hamıya bəllidir ki, bu məkrli işlərdə kim maraqlıdır" — deputat əlavə edib.

Xəbər lenti
0