SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa geri çəkildi: Qarabağ separatçıları ilə imzalanan "xartiya" ləğv edildi

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

BAKI, 11 may — Sputnik. "Fransada fəaliyyət göstərən erməni lobbi dairələri 2013-cü ildən etibarən Azərbaycanın işğal altında olan şəhərləri ilə Fransanın şəhər və qəsəbələri arasında "qardaşlıq" adı altında qeyri-qanuni sənədlər imzalamağa və bu kimi addımları qondarma rejimin təbliği üçün istifadə etməyə çalışır".

Bunu Sputnik Azərbaycana açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Президент Франции Эммануэль Макрон, фото из архива - Sputnik Azərbaycan
Fransa prezidenti açıqladı: Terrorda 3 nəfər ölüb, 16 nəfər isə yaralanıb

O vurğulayıb ki, Azərbaycan XİN və ölkənin Fransadakı səfirliyi Fransanın müvafiq qurumları ilə apardığı birgə işin nəticəsində İl-dö-Frans regionun Alfortvil şəhəri tərəfindən ölkəmizin işğal olunmuş Laçın şəhəri ilə 2017-ci ildə imzalanmış qeyri-qanuni "xartiya" ləğv edilib ("la Charte d"amitié entre Alfortville et Berdzor").

H.Hacıyev vurğulayıb ki, 2017-ci ilin iyun ayının 30-da Alfortvil şəhər bələdiyyə şurası tərəfindən qeyri-qanuni "xartiya"nın imzalanması haqqında qərar qəbul edilib: "Alfortvil şəhərinin yerləşdiyi Val-dö-Marn departamentinin prefekti tərəfindən Alfortvil bələdiyyə şurasına 30.08.2017-ci il tarixində qərarın könüllü şəkildə ləğv edilməsi üçün iddia (fr. recours gracieux) göndərilmiş, lakin cavabsız qalmışdı.

Bununla əlaqədar olaraq, Val-dö-Marn departamentinin prefekti tərəfindən 2017-ci ilin noyabr ayının 17-də imzalanmış qeyri-qanuni "xartiya"nın inzibati qaydada ləğv edilməsi məqsədilə məhkəməyə müraciət edilib.

Buna baxmayaraq, bələdiyyə şurasının qərarı əsasında 2017-ci ilin noyabr ayının 20-də Alfortvil meri tərəfindən qeyri-qanuni "xartiya" imzalanıb.

2018-ci ilin mart ayının 8-də məsələ ilə əlaqədar məhkəmənin ilk iclası keçirilib və dövlət ittihamçısı Fransa yerli özünüidarəetmə orqanları üzrə Ümumi Məcəlləsinin L1115-1 bəndinin (sözügedən qurumlar tərəfindən imzalanmış sazişlərin Fransanın beynəlxalq öhdəlikləri ilə uyğun olmasına dair) pozulması ilə əlaqədar məhkəmə tərəfindən sözügedən "xartiya"nın ləğv edilməsini tələb etmişdir.

Nəticədə, 2018-ci ilin aprel ayının 12-də Alfortvil şəhərinin bələdiyyə şurası, məhkəmənin qərarını gözləmədən, 41 səs lehinə, 1 səs bitərəf olmaqla qeyri-qanuni "xartiya"nın ("la Charte d"amitié entreAlfortville et Berdzor") imzalanmasına dair 30 iyun 2017-ci il tarixli qərarını ləğv etmək məcburiyyətində qalıb. Qeyd edək ki, bələdiyyə şurasının üzvlərindən 7 nəfər erməni əsilli şəxsdir.

Xarici işlər nazirinin müavini Xələf Xələfov - Sputnik Azərbaycan
SİYASƏT
Xələfov: “Separatçı rejim danışıqlarda tərəf ola bilməz”

Alfortvil şəhərinin meri Mişel Gerşinovitz qərarın ləğv edilməsi ilə əlaqədar qeyd etmişdir ki, "aprelin 12-də təqiblərin qarşısının alınması məqsədilə mən bələdiyyə şurasından qərarın ləğv edilməsini xahiş etdim. Əks halda bu hökm "artsax diplomatiyasına" ziyan vuracaq bir məhkəmə aktı olacaqdı".

Biz Val-dö-Marn departamentinin prefektinin, qeyri-qanuni "xartiya"nın ləğv edilməsi məqsədilə məhkəməyə müraciət etməsi qərarını alqışlayır və digər qeyri-qanuni "xartiya"ların ləğv edilməsi məqsədilə, Fransa mərkəzi icra hakimiyyəti orqanları və həmçinin prefektlərin analoji addım atacağını gözləyirik.

Eyni zamanda Fransa XİN-i və bu ölkənin digər cavabdeh qurumlarını Fransa yerli özünüidarəetmə orqanları tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı bütün qeyri-qanuni fəaliyyətin, o cümlədən bura qeyri-qanuni səfərlərin təşkil edilməsinin qarşısının alınmasında sərt addımların atılmasına çağırırıq".

Xəbər lenti
0