Azərbaycan bayrağı

Mayami merindən AXC-nin 100 illiyi ilə bağlı bəyannamə

63
(Yenilənib 18:05 10.05.2018)
ABŞ-ın Mayami-Deyd dairəsinin meri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb

BAKI, 10 may — Sputnik. ABŞ-ın tanınmış turizm mərkəzlərindən biri olan Mayami-Deyd dairəsinin meri Karlos Ximenes Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bəyannamə qeyd olunur ki, dünya azərbaycanlıları 28 may tarixini Azərbaycan Respublikası Günü kimi qeyd edir. Florida ştatının Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının 2006-cı il oktyabrın 26-da təsis olunması bu ənənələri yaşatmaq və davam etmək məqsədini güdür.

Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edən ölkələrdən biridir.

ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsini alqışlayan Mayami-Deyd dairəsinin meri bəyannamədə 2018-ci il 28 may tarixini Mayami-Deyd dairəsində Azərbaycan Milli Günü elan edir.

63
Teqlər:
bəyənnamə, Florida ştatı, Azərbaycan Xalq Cümhuriyyəti, Mayami
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

Türkiyə səfirliyindən Azərbaycana Laçın təbriki

16
(Yenilənib 11:22 01.12.2020)
Bu barədə məlumat Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Laçının işğaldan azad edilməsi və Azərbaycan torpaqlarına yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Qarabağ Azərbaycandır!", - deyə məlumatda vurğulanır.

16
Teqlər:
təbrik, Türkiyə, Azərbaycandakı səfirliyi, Laçının azad olunması
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

238
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

238
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Sənədin imzalanması, arxiv şəkli

Prezident medallarla bağlı qanunu təsdiqlədi

0
Dövlət başçısı İlham Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzalayıb.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edilib.

Dəyişikliyə görə, 1.1-ci maddəyə "Azərbaycan Respublikasının ən yüksək təltifi – "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib:

"Zəfər" ordeni;

"Qarabağ" ordeni;";

1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

"Suqovuşanın azad olunmasına görə" medalı;

"Cəbrayılın azad olunmasına görə" medalı;

"Xocavəndin azad olunmasına görə" medalı;

"Füzulinin azad olunmasına görə" medalı;

"Zəngilanın azad olunmasına görə" medalı;

"Qubadlının azad olunmasına görə" medalı;

"Şuşanın azad olunmasına görə" medalı;

"Kəlbəcərin azad olunmasına görə" medalı;

"Ağdamın azad olunmasına görə" medalı;

"Laçının azad olunmasına görə" medalı;

"Vətən müharibəsi iştirakçısı" medalı;

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı.

Sənədlə həm də adları sadalanan medallar haqqında əsaslanmələr və medalların təsviri də təsdiqlənib.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında" qanunu imzalayıb.

Sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiqlənib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə