NATO bayraqları

NATO Rusiya arasında seçim: Bakı böyük oyunların qurbanına çevrilmək istəmir

680
(Yenilənib 18:11 21.04.2018)
Baş verənlər fonunda Bakının istər NATO, istərsə də Rusiya üçün neytral ölkəyə çevrilməsi təhlükəsizlik baxımdan olduqca önəmlidir

BAKI, 21 aprel — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü dünya mətbuatının diqqət mərkəzində oldu.

Görüş barədə yayılan məlumatda bildirilir ki, generallar proqnozlaşdırmanı və şəffaflığı artırmağa yönəlmiş hərbi rabitə kanallarının dəstəklənməsinə qarşılıqlı maraq nümayiş etdirib: "Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub. Bu üzbəüz görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir, bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur. Skaparroti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər" — deyə Şimali Atlantik alyansın mətbuat xidmətinin məlumatında qeyd olunub.

General-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb
© AR Ministry of Defense

Qeyd edək ki, NATO ilə Rusiya arasında ciddi ziddiyyətlərin olduğu bir zamanda belə bir görüşün növbəti dəfə Bakıda keçirilməsi maraq doğurur.

Əslində, tərəflər arasında ciddi əngəllər kifayət qədərdir. Belə ki, NATO-nun Şərqi Avropada qoşunları mövcuddur. Bununla kifayətlənməyən Alyans Cənubi Qafqazda — Gürcüstanda hərbi təlimlər keçirir. Rusiyanın cənub qapısı hesab etdiyi Cənubi Qafqazın vacib ölkəsi olan Gürcüstan NATO üçün açıqdır. Digər tərəfdən, bölgədə etnik münaqişələr mövcuddur. NATO və Rusiya hərbi gərginlikdən narahatdır və məsələləri müzakirə etmək qərarına gəlib. ABŞ Rusiya ilə sərhəd olan ölkələrdə öz gücünü nümayiş etdirir. Moskva isə Cənubi Qafqaza qədər ordu yeridən ABŞ-la heç olmasa aralıq müddətə bölgədə barışa nail olmaq istəyir. Bu baxımdan, görüş üçün Bakının seçilməsi də sıradan bir məsələ deyil. Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan neytral siyasət yürüdür və hər iki tərəf üçün ölkəmiz cəlbedici tərəfdaşa çevrilir.

Lakin burada bir məqama da diqqət yetirmək lazım gəlir. Uzun müddətdir ki, tərəflər arasında Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi təklifi müzakirə edilir. Qərb analitikləri hesab edirlər ki, əgər bölgəyə Rusiyanın hərbi birləşmələri gələcəksə, o zaman NATO silahlılarının aralıq müddətə Qarabağa gəlməsi daha optimaldır. Tərəflər say və tərkib barədə razılığa gələ bilmirlər.

Vaşinqtonda hesab edirlər ki, Rusiyanın bir məqsədi var – sülhməramlılarının Qarabağda olmasına nail olmaq. Cənubi Qafqazı NATO təsirinə salmaq Vaşinqton strateqlərinin başlıca məqsədlərindəndir. Məhz buna görə, ABŞ Gürcüstanda öz bazalarını yerləşdirməyə çalışır. Tərəflərin öz maraqları var. Bu maraqlar bütün vasitələrlə Birləşmiş Ştatları və Rusiyanı Cənubi Qafqazda qalmağa diktə edir. Çünki bu region Yaxın Şərqə çıxışdır, bura Şimali Qafqazın astanasıdır. Şimali Qafqaz isə Rusiya üçün ən həssas bölgələrdən biridir.

İlham Əliyev NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic

NATO indi Şərqə doğru genişlənir və alyansda belə fikirləşirlər ki, gec-tez Cənubi Qafqaz ölkələri də onun üzvü olacaq.

Xatırladaq ki, Azərbaycan rəsmiləri dəfələrlə ölkənin NATO-ya daxil olmağa tələsmədiyini bildiriblər. Bu məsələdə tələsən ölkələr ciddi problemlərlə üzləşirlər. Məsələn, Ukraynanın öz ərazisini NATO bazalarına çevirməsinə etiraz edən Rusiya Kiyevlə ciddi problemlər yaşadı. Rusiya NATO-dan gələcək təhlükədən özünü müdafiə məqsədilə qonşularına xəbərdarlıq edir. Buna baxmayaraq, NATO ötən illər ərzində əhatə dairəsini daha da genişləndirib. Alyans 3 Baltikyanı dövləti üzvlüyə qəbul etdi. Sonra isə Moldova, Gürcüstan və Ukraynanın da özünə qoşulması üçün bəyanatlar səsləndirdi, bu istiqamətdə çalışmalara başladı. Bu isə həmin ölkələrin öz ərazilərini NATO, başqa sözlə, amerikan bazalarına verəcəyi mənası kimi başa düşülməlidir. Demək ki, NATO addım-addım Rusiyaya yaxınlaşır. Rusiya da bunun qarşısını almaq üçün cavab tədbirlərini görür. NATO Rusiya üçün təhlükə olaraq qalır. Baş verənlər fonunda Bakının istər NATO, istərsə də Rusiya üçün neytral ölkəyə çevrilməsi təhlükəsizlik baxımdan olduqca önəmlidir. Bakı böyük oyunçuların oyununda qurbana çevrilmək istəmir…

680
Teqlər:
münasibət, NATO, Bakı, Rusiya, görüş
 Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

ABŞ Azərbaycan Ermənistan arasında sülh quruculuğuna töhfə verə bilər

18
(Yenilənib 23:29 25.01.2021)
İşğaldan azad olunmuş ərazilərdə "smart", yaşıl şəhərlərin qurulacağını qeyd edən H.Hacıyev bu prosesdə ABŞ-ın özəl sektoru üçün geniş imkanların olduğunu əlavə edib.

BAKI, 25 yanvar - Sputnik. ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz regionu ilə daha aktiv şəkildə əməkdaşlıq edəcəyinə ümid edirik.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda müzakirəsində çıxışı zamanı deyib.

H.Hacıyev bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər. O deyib ki, ABŞ-ın post-konflikt dövründə quruculuqla bağlı zəngin təcrübəsi və təşəbbüsləri olub və bu istiqamətdə Cənubi Qafqaza da töhfə verə bilər.

H.Hacıyev ABŞ-ın həm ölkə olaraq təktərəfli şəkildə, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olaraq sülh quruculuğu, münaqişədən sonra rekonstruksiya, yenidənqurmada aktiv rol oynaya biləcəyini vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə "smart", yaşıl şəhərlərin qurulacağını qeyd edən H.Hacıyev bu prosesdə ABŞ-ın özəl sektoru üçün geniş imkanların olduğunu əlavə edib.

18
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif

Cavad Zərif Ceyhun Bayramova deyib?

32
(Yenilənib 17:45 25.01.2021)
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatlarında təmasların davam etdirilməsi mövzuları üzrə fikir mübadiləsi aparıblar.

BAKI, 25 yanvar — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüş keçirib. Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər ətrafında ətraflı müzakirələr aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində belə təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib.

Nazir Məhəmməd Cavad Zərif nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edib. Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunluq ifadə edib. Ərazilərin işğalına son verilməsinin bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaratdığı və bu fürsətdən istifadə etmənin vacib olduğu qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti ilə görüşə məmnunluqla istinad edən Nazir Məhəmməd Cavad Zərif iki dövlətin rəhbərləri arasında çox faydalı münasibətlərin olduğunu vurğulayıb. Ikitərəfli münasibətlərin inkişafı üçün heç bir məhdudiyyətin olmadığı və iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə mövcud əməkdaşlığın xalqların mənafeyinə uyğun olduğu qeyd olunub.

Görüşdə nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgədə yeni əməkdaşlıq imkanlarının açıldığı qeyd olunub, o cümlədən Şimal-Cənub və Cənub-Qərb nəqliyyat və tranzit dəhlizlərinin inkişafı perspektivləri xüsusilə vurğulanıb.

İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın fəaliyyəti, xüsusilə də Tehranda keçirilmiş sonuncu iclasın uğurlu nəticələrinə istinad edilərək, bu istiqamətdə fəaliyyətin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatlarında təmasların davam etdirilməsi mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

32

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0