SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib
İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar bu qələbəni ölkənin uğurlu inkişafı üçün müəyyənləşdirilən siyasi kursun Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsinin təsdiqi kimi qiymətləndiriblər

BAKI, 13 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin ünvanına təbrik məktübları gəlməkdə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban, İordaniya kralı II Abdullah ibn Al Hüseyn, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili İlham Əliyevi növbəti müddətə prezident seçilməsi ilə bağlı təbrik ediblər.

Onlar bu qələbəni ölkənin uğurlu inkişafı üçün müəyyənləşdirilən siyasi kursun Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsinin təsdiqi kimi qiymətləndiriblər. Əcnəbi ölkə rəhbərləri Azərbaycan prezidentinə can sağlığı, yeni-yeni nailiyyətlər, nəzərdə tutulmuş planların gerçəkləşməsi və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətində uğurlar arzu ediblər.

Eyni zamanda, “Russneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri  Mixail Qutseriyev, Rusiya Federasiyası Dövlət Dumasının deputatları İosif Kobzon və Valentina Tereşkova, Rusiya Müdafiə Nazirliyinin “Oboronpromekologiya” Federal Unitar Dövlət Müəssisəsinin direktoru Xamzat Bekov, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti qubernatorunun müşaviri Vaqif Məmişov, Rusiya Federasiyasının Vladimir Vilayətinin qubernatoru Svetlana Orlova da prezidenti təbrik edənlər arasındadırlar.

Xəbər lenti
0