SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Alman deputat: "Almaniyada belə şəffaf seçki qutuları yoxdur"

© Sputnik / Murad OrujovAvropa Parlamentinin Almaniyadan olan deputatı, Milli Demokrat Partiyasının üzvü Udo Foyqt
Avropa Parlamentinin Almaniyadan olan deputatı, Milli Demokrat Partiyasının üzvü Udo Foyqt - Sputnik Azərbaycan
Abunə olmaq
Udo Foyqt: "Qadınlar seçki prosesində fəal şəkildə iştirak etdilər"

BAKI, 12 aprel — Sputnik. "Məni Azərbaycandakı prezident seçkilərində ən çox təəccübləndirən amil qadınların bu prosesdə fəal iştirakı oldu". Bunu dünən Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrini müşahidə etmiş Avropa Parlamentinin Almaniyadan olan deputatı, Milli Demokrat Partiyasının üzvü Udo Foyqt, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub - Sputnik Azərbaycan
Vladimir Putindan İlham Əliyevə təbrik məktubu gəldi

O bildirib ki, dünən 7 seçki məntəqəsində seçki prosesini izləyiblər: "Mən bir daha Azərbaycan xalqının qonaqpərvərliyinə şahid oldum. Qadınlar seçki prosesində fəal şəkildə iştirak etdilər. Bunlar xüsusən müxalif partiyadan olan qadınlar idi. Mən onlardan soruşanda mənə bildirdilər ki, Azərbaycanda qadınlar aktiv siyasi fəaliyyət göstərirlər. Biz bilirik ki, 1918-ci ildə müsəlman şərqində qadınlara ilk dəfə səsvermə hüququ Azərbaycanda verilib".

Almaniyalı deputat deyib ki, Azərbaycanda keçirilən seçkinin Almaniyada olan seçkilərdən əsas iki fərqi var: "Almaniyada belə şəffaf seçki qutuları yoxdur. Digər maraqlı fakt bu qutuların daşına bilən olmasıdır. Yəni səsvermədə iştirak etmək imkanı olmayan insanlar üçün bu qutular olduqları yerlərə aparılırdı. Bu seçkilərdə iştirakı artıran önəmli faktlardan biridir".

Xatırladaq ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib. 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201 seçki məntəqəsi hesabat verib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında bildirib ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,04 faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

Xəbər lenti
0