SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB müşahidə missiyası: Seçkilər yüksək səviyyədə təşkil olundu

© Photo : REPORTAzərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı mətbuat konfransı
Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Müşahidə missiyasının rəhbəri: "Seçki məntəqələrində komissiya üzvlərinin hazırlığı yüksək səviyyədə idi və seçkilərə yaxşı informasiya dəstəyi verildi"

BAKI, 12 aprel — Sputnik. "Azərbaycanda prezident seçkiləri yaxşı hazırlanmışdı və yaxşı təşkil olunmuşdu".

Председатель Центральной избирательной комиссии Азербайджана Мазахир Панахов - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məzahir Pənahov: "Onlardan şikayət olmadı"

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə edən MDB missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

"Seçki məntəqələrində komissiya üzvlərinin hazırlığı yüksək səviyyədə idi və seçkilərə yaxşı informasiya dəstəyi verildi" — o, əlavə edib.

Lebedev vurğulayıb ki, 20 uzunmüddətli müşahidəçi ölkədə bu il martın 20-dən fəaliyyət göstərib: "Seçki günündə isə seçkiləri MDB-dən ümumilikdə 221 müşahidəçi izləyib. Respublikanın bütün regionlarını əhatə etdik və seçkilərə hazırlıqların necə getdiyini və onların necə keçirildiyini təsəvvür etmək kifayət qədər məlumat əldə etdik".

Missiya rəhbəri məntəqələrdə böyük seçici fəallığı gördüklərini də qeyd edib: "Üstəlik, bu cür yüksək seçici fəallığında heç bir qarışıqlıq yaşanmırdı. Bayram ab-havası hiss olunurdu".

Xəbər lenti
0