MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov

MSK seçici fəallığı ilə bağlı yekun rəqəmləri açıqladı

52
(Yenilənib 20:51 11.04.2018)
Saat 19.00-da səsvermə başa çatıb və 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib

BAKI, 11 aprel — Sputnik. Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının Katibliyinin (MSK) Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19.00-da səsvermə başa çatıb və  5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib.

Beləliklə, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub.

52
Teqlər:
MSK, seçici fəallığı, prezident seçkiləri