MDB Parlamentlərarası Assambleyasının Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov

MDB PA müşahidə missiyasının rəhbəri seçki prosesinə münasibətini açıqladı

20
(Yenilənib 16:18 11.04.2018)
İlyas Umaxanov deyib: "Bu seçkilər açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir"

BAKI, 11 aprel — Sputnik. "Azərbaycanda keçirilən prezident seçkiləri açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir. Bu, seçki prosesinin dəqiq təşkilatçılığıdır, bu, yaxşı təchiz olunmuş məntəqələrdir, bu, maneə olmadan, açıq və şəffaf səs vermək imkanıdır. Nəhayət bu, beynəlxalq müşahidəçilərin işi üçün yaxşı şəraitin yaradılmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu açıqlamanı jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib. O, seçkilərin təşkilatçılığını yüksək qiymətləndirib.

Xatırladaq ki, bu gün Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikası prezidentinin seçkiləri keçirilir. Səsvermə səhər saat 08.00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Sputnik Azərbaycan xəbər verir ki, prezident postu uğrunda 8 namizəd mübarizə aparır.

Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Daimi seçki məntəqələri 5426, müvəqqəti seçki məntəqələri isə 215-dir. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.

Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq edildikdən sonra, martın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) ədəd bülleten çap olunub.

Seçki günü – aprelin 11-də seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçki günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.

Prezident seçkilərində 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir. Onlardan 102 mindən çoxu ilk dəfə səs verəcək.

Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da "Seçkilər" İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdiriləcək.

20
Teqlər:
MDB Parlamentlərarası Assambleyası, İlyas Umaxanov, prezident seçkiləri, açıqlama
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

Türkiyə səfirliyindən Azərbaycana Laçın təbriki

13
(Yenilənib 11:22 01.12.2020)
Bu barədə məlumat Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Laçının işğaldan azad edilməsi və Azərbaycan torpaqlarına yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Qarabağ Azərbaycandır!", - deyə məlumatda vurğulanır.

13
Teqlər:
təbrik, Türkiyə, Azərbaycandakı səfirliyi, Laçının azad olunması
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

212
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

212
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xalq artisti koronavirusa yoluxub

0
"Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir"

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev koronavirusa yoluxub.

Bununla bağlı Sputnik Azərbaycan-a məlumat verən Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva bildirib ki, sənətkarın vəziyyəti stabildir: "Bildiyiniz kimi, Arif Babayev bir müddət öncə insult keçirib. Ona görə də vaxtaşırı Mərkəzi klinik xəstəxanaya müayinəyə gedirik. Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir" .

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

0
Teqlər:
xalq artisti, Koronavirus, yoluxma, Arif Babayev