Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Prezident seçkilərində səs verib

Ayaz Mütəllibov prezident seçkilərinə münasibət bildirdi

101
(Yenilənib 13:45 11.04.2018)
Keçmiş prezident: "Seçicilər öz iradələrini sərbəst formada ifadə edirlər"

BAKI, 11 aprel — Sputnik. Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov prezident seçkilərində səs verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, eks-prezident 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin 26 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

A.Mütəllibov məntəqəyə həyat yoldaşı Ədilə Mütəllibova ilə birlikdə gəlib. Onlar məntəqəyə daxil olduqdan sonra barmaqlarına mürəkkəb vurulub. Sonra A.Mütəllibov və həyat yoldaşı seçki bülletenlərini götürərək səs veriblər.

Keçmiş prezident deyib ki, vətəndaşların sərbəst səsvermələri üçün lazımı şərait yaradılıb: "Məntəqədə olduğum müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, seçkidə fəallıq müşahidə olunur. Seçicilər öz iradələrini sərbəst formada ifadə edirlər".

101
Teqlər:
Ayaz Mütəllibov, səsvermə, seçki
Nikol Paşinyan, arxiv şəkli

Əvvəl siyasətçilər, sonra hərbçilər, indi alimlər - Hər kəs onun istefasını istəyir

22
(Yenilənib 16:34 25.11.2020)
Ermənistan Milli Elmlər Akademiyası ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

BAKI, 25 noyabr — Sputnik. Ermənistan Milli Elmlər Akademiyasının (EMEA) Prezidiumu Ermənistan Baş naziri Nikol Paşinyan və onun hökumətinin istefaya göndərilməsini tələb edir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumat EMEA-nın rəsmi saytında bildirilir.

EMEA, həmçinin Qarabağla bağlı üçtərəfli bəyanatı erməni xalqı üçün alçaldıcı hesab edir.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, EMEA ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Belə ki, noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

22
Teqlər:
Üçtərəfli bəyanat, elm, alimlər, Ermənistanın baş naziri Nikol Paşinyan, istefa
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan partiyasına Qarabağla bağlı tapşırıq verdi

15
(Yenilənib 15:13 25.11.2020)
Türkiyə Prezidenti: Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan toprağı olan Qarabağdakı erməni işğalı sona çatıb, münaqişənin uzunmüddətli həlli istiqamətində ümidlər ilk dəfə artıb. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bildirib.

O, Kəlbəcərin işağldan azad edildiyini və artıq Qarabağda Azərbaycan bayrağının dalğalandığını da qeyd edib: 

"Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb".

Türkiyə Prezidenti həmçinin lideri olduğu partiya yetkililərinə tapşırıb ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.

15
Teqlər:
AKP, Kəlbəcər, Dağlıq Qarabağ, Qarabağ, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan
Xəritə, arxiv şəkli

Tsakurinin Hünərli, Quşçubabanın isə Baharlı adlandırılması təsdiqlənib

0
(Yenilənib 19:06 25.11.2020)
Prezident "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 25 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

0
Teqlər:
təsdiq, qanun, Xocavənd, Xocalı