Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov

BƏƏ-də yüksək seçici fəallığı müşahidə olunur

14
(Yenilənib 12:14 11.04.2018)
Saat 11:25-ə olan məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərində yaşayan və səfirliyin qeydiyyatında olan Azərbaycan vətəndaşlarının 48 faizi seçkidə iştirak edib

BAKI, 11 aprel — Sputnik. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyində prezident seçkiləri üçün səsvermə prosesi təşkil olunub.

Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, səfirlikdə seçici fəallığı müşahidə olunur.

"Saat 11:25-ə olan məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərində yaşayan və səfirliyin qeydiyyatında olan Azərbaycan vətəndaşlarının 48 faizi seçkidə iştirak edib" — deyə səfir bildirib.

14
Teqlər:
səsvermə, Birləşmiş Ərəb Əmirlikləri, seçki

İlham Əliyev Ərdoğana təşəkkür etdi

5
(Yenilənib 16:03 06.07.2020)
"Bir millət, iki dövlət" şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq" - R.T.Ərdoğan

BAKI, 6 iyul — Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım. Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbindən Azərbaycanda vəfat edən qardaşlarımıza Uca Allahdan rəhmət, müalicəsi davam edənlərin isə tezliklə şəfa tapmalarını diləyirəm. Həyatını itirənlərə görə qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Azərbaycanda pandemiyaya qarşı gördüyünüz təsirli tədbirləri və fəaliyyəti yaxından izləyirik. Bu sahədə mübarizə aparan hər kəsə işlərində uğurlar arzulayıram.

"Bir millət, iki dövlət" şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq. Bu çərçivədə Can Azərbaycanın pandemiya ilə mübarizəsinə bir az da olsa fayda verə biləcək tibbi yardım ləvazimatlarının ölkənizə çatdırılmasını təmin edirik.

Bu fürsətdən istifadə edərək pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edir, Zali-alinizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan əmin-amanlıq və rifah diləklərimi çatdırıram".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım. Sizin 2020-ci il 5 iyul tarixli məktubunuza görə təşəkkür edirəm.

Mən də öz növbəmdə qardaş Türkiyədə yeni növ koronavirus xəstəliyi səbəbindən həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, virusa yoluxanlara Allahdan şəfa diləyirəm.

Bəşəriyyətin üzləşdiyi koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir.

Bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" şüarı əsasında həmrəylik nümayiş etdirir. Əminəm ki, birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik.

Bu xüsusda qardaş Türkiyə Respublikası tərəfindən göndərilən humanitar yardıma görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Bu, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin növbəti bariz nümunəsidir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq arzulayıram".

5
Əlaqədar
Azərbaycan XİN Türkiyəyə təşəkkür etdi
Ölənlərin sayını 19 nəfərədək saldılar – Türkiyədən son rəqəm
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

İrana zərbələr endirən təyyarələr Azərbaycanın hava məkanından uçub? MN açıqlama yaydı

999
(Yenilənib 12:59 06.07.2020)
Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür - Müdafiə Nazirliyi

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın "Konteyner" RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

"Ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır. Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.

Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

999
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0