Seçki bülleten sayma

Seçki bülletenlərinin paylanması başa çatır

15
(Yenilənib 15:20 07.04.2018)
Seçki bülletenləri aprelin 8-dək məntəqə seçki komissiyalarına paylanmalıdır

BAKI, 7 aprel — Sputnik. Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

Sputnik Azərbaycan xəbər verir ki, seçki bülletenləri səsvermə gününə azı 3 gün qalanadək, yəni aprelin 8-dək məntəqə seçki komissiyalarına paylanmalıdır.

Artıq bülletenlər dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına göndərilib.

Qeyd edək ki, seçki bülletenləri dairə seçki komissiyalarına aprelin 2-də verilmişdi.

Aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

MSK 8 nəfərin namizədliyini qeydə alıb.

15
Teqlər:
seçki məntəqələri, bülleten, prezident seçkisi