SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlı diplomat müəmmalara son qoydu

© AFP 2023 / Lex van Lieshout / ANP Штаб-квартира Организации по запрещению химического оружия в Гааге, Нидерланды
Штаб-квартира Организации по запрещению химического оружия в Гааге, Нидерланды - Sputnik Azərbaycan
Abunə olmaq
Cəlal Mirzəyev: "Ermənistanın səsvermə hüququ yoxdur"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurası rəsmi Moskvanın Britaniyanın Solsberi şəhərində baş vermiş insidentlə bağlı qərar layihəsini qəbul etməyib. Dünya mətbuatında məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi iddialara görə, Ermənistan nümayəndəsi qərarın lehinə səs verərək Rusiyanı müdafiə edib.

© © Foto Azərbaycanın Niderlanddakı nümayəndəliyi tərəfindən təqdim olunubCəlal Mirzəyev
Cəlal Mirzəyev  - Sputnik Azərbaycan
Cəlal Mirzəyev

Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı nümayəndəsi Cəlal Mirzəyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada məsələyə aydınlıq gətirib. O bildirib ki, Ermənistan İcraiyyə Şurasının üzvü olmadığına görə, səsvermə hüququ da yoxdur.

"Solsberidə baş vermiş insident ətrafında vəziyyətlə bağlı birgə bəyanat var idi. Bu bəyanata bütün üzv ölkələr qoşula bilər. Bu, indi də açıqdır. Qazaxıstan, Rusiya, Pakistan, Venesuella, Kuba, Suriya, Tacikistan, Özbəkistan, Nikaraqua, İran, Belarus da bu bəyanata qoşulub" — deyə müvəqqəti işlər vəkili bildirib.

C.Mirzəyev əlavə edib ki, bu bəyanat qərar layihəsi ilə müqayisə edilə bilməz: "Burada səs verilmir. Bu, ümumi bir bəyanat idi və dediyim kimi KSQT-yə üzv olan bütün ölkələr bu bəyanata qoşula bilər".

"Azərbaycan Kimyəvi Silahların Qadağan olunması Təşkilatının üzvüdür. Təşkilatın 192 üzv ölkəsi, Təşkilat İcraiyyə Şurasının isə 41 üzv ölkəsi var. Bu da qruplara bölünür. Asiya, Afrika, Şərqi Avropa, Latın Amerikası — Karib hövzəsi ölkələri qrupu və Qərbi Avropa, həmçinin digər ölkələr qrupları var. Azərbaycanın da daxil olduğu Şərqi Avropa qrupunun isə 5 üzv ölkəsi var. Bura Azərbaycan, Rusiya, Slokaviya, Polşa və Estoniya daxildir", – Mirzəyev deyib.

O vurğulayıb ki, Ermənistan KSQT–nin İcraiyyə Şurasının üzvü deyil: "Yalnız İcraiyyə Şurası üzv ölkələrinin hər hansı qərar layihəsinə səsvermə hüququ var. Yəni 192 ölkədən İcraiyyə Şurasına üzv olan 41 ölkənin səsvermə hüququ var. Ermənistan 192-dən biridir, amma 41-liyə daxil deyil. Yəni Ermənistanın səsvermə hüququ yoxdur".

Nümayəndə xatırladıb ki, İcraiyyə Şurasına ölkələr iki ildən bir seçilir: "Biz bir ildir ki, İcraiyyə Şurasının üzvüyük və gələn ilin mayında İcraya Şurasına üzvlüyümüz başa çatır. İcraiyyə Şurası çərçivəsində hər hansı qərar layihəsinin qəbul edilməsi üçün isə 2\3 səs çoxluğu lazımdır. Yəni 28 səs tələb olunur".

Портфель чиновника. Архивное фото - Sputnik Azərbaycan
RUSİYA
Mərkəzi Avropa ölkəsi rus diplomatları qovmaqdan imtina etdi

"Səsvermə Rusiyanın təqdim etdiyi qərar layihəsi üçün idi. Azərbaycan nümayəndə heyəti də səsvermədə iştirak edib. Rusiyanın çıxışından sonra bu qərar layihəsinə Çin və İran da həmmüəllif kimi qoşuldu. Qərar layihəsi səsverməyə qoyuldu. İcraiyyə Şurasının 6 üzv ölkəsi — Rusiya, İran, Çin, Azərbaycan, Sudan və Əlcəzair qərarın lehinə, 15 ölkə əleyhinə səs verdi. 17 ölkə bitərəf qaldı, 3 ölkə — Seneqal, Liviya və Cənubi Afrika Respublikası isə səsvermədə iştirak etmədi. Qərar layihəsi qəbul edilmədi".

Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb.

Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub.

Rusiya da buna cavab olaraq analoji addımlar atıb. Ayrıca, rəsmi Moskva ittihamları qəbul etmir və hadisənin qurama olduğu qənaətindədir.

Xəbər lenti
0