İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezident iki məşhur şəxsə “Şöhrət” ordeni verdi

835
(Yenilənib 18:27 02.04.2018)
Prezident İlham Əliyev Tahir Əmiraslanov və Mövlud Balakişiyevi təltif edib

BAKI, 2 aprel — Sputnik. Prezident İlham Əliyev Tahir Əmiraslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, T.Əmiraslanov Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə təltif edilib.

Prezident İlham Əliyev Mövlud Süleyman oğlu Balakişiyevin (Mövlud Süleymanlı) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

M.Balakişiyev Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

835
Teqlər:
təltif, Şöhrət ordeni, sərəncam, Prezident İlham Əliyev