Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir

Əli Həsənov: “Beynəlxalq birlik soyqırımı cinayətlərinə adekvat münasibət bildirmir”

304
(Yenilənib 13:41 31.03.2018)
Konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib

BAKI, 31 mart — Sputnik. Qubada 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı respublika elmi konfransı keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, konfransdan öncə “1918-ci il mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözləri ilə” adlı foto-sərgiyə və azərbaycanlıların soyqırımına həsr olunan kitab sərgisinə baxış keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli açılış çıxışı edib. Daha sonra iştirakçılar “Quba soyqırımı” filmini izləyiblər.

Konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Əli Həsənov deyib ki, prezident İlham Əliyev bu il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planında azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar ölkədə və xaricdə konfrans, seminar, dəyirmi masa, mühazirə, müsabiqə, sərgi, sənədli filmlərin nümayişi, fləşmob və digər tədbirlərin təşkil edilməsi, bəyanatların qəbulu, kütləvi informasiya vasitələrində məqalə və digər materialların yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə təbliğatın aparılması və s. nəzərdə tutulub. Bugünkü Quba soyqırımı qurbanlarının xatirəsini anma mərasimi və öz işinə başlayan respublika elmi konfransı da qeyd edilən “Tədbirlər Planı”na uyğun olaraq keçirilir.

  • Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    © Photo : AZƏRTAC
  • Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    © Photo : AZƏRTAC
  • Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    © Photo : AZƏRTAC
  • Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    © Photo : AZƏRTAC
  • Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    © Photo : AZƏRTAC
  • Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir
    © Photo : AZƏRTAC
1 / 6
© Photo : AZƏRTAC
Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilir

PA rəsmisi 2007-ci ildə Quba şəhərində aşkar olunmuş məzarlığın qorunub saxlanması məsələsinin də həmişə ölkə prezidentinin diqqət mərkəzində olduğunu vurğulayıb: “Cənab Prezidentin tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev 2017-ci il iyunun 5-də “Quba şəhərində Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Sərəncam əsasında Kompleksdə mövcud vəziyyətin araşdırılması və baş verən aşınma proseslərinin qarşısının alınması məqsədilə komissiya yaradılıb.

Onun tərkibinə aidiyyəti dövlət orqanlarının və ictimaiyyətin nümayəndələri daxil ediliblər. Komissiyaya Kompleksdə yaranmış vəziyyətin ətraflı öyrənilməsi və məzarlığın durumuna təhlükə törədə biləcək proseslərin qarşısının alınması ilə bağlı təkliflər təqdim etmək vəzifəsi tapşırılmışdı. Bu tapşırığa uyğun olaraq, 2017-ci il iyunun 9-da Komissiya tam tərkibdə Quba şəhərinə gəlib, məzarlığa baxış keçirmiş, orada yaradılmış muzeyin iş şəraiti ilə tanış olub. Komissiya belə bir qənaətə gəlib ki, insan qalıqlarının çürüməsinin sürətlənməsi və torpağın sürüşmə hallarının aktivləşməsi məzarlığın olduğu şəkildə qorunub saxlanmasını çətinləşdirir. Ona görə də həmin ərazidəki insan sümüklərinin dini adət-ənənələrə uyğun dəfn olunması, qəbirüstü xatirə lövhəsinin qoyulması, gələcəkdə zəruri hallarda tarixi araşdırma məqsədilə qazıntı işləri üçün şəraitin yaradılması məqsədəuyğun hesab olunmuş və bu barədə ölkə rəhbərliyinə məruzə edilmişdir. Artıq Komissiyanın təklifləri nəzərə alınaraq, soyqırımı qurbanlarının qalıqları dəfn edilib və məzarüstü xatirə lövhəsi qoyulub”.

Ə. Həsənov deyib ki, əslində azərbaycanlıların 1918-ci il soyqırımı Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq idi: “Amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. Bildiyiniz kimi, iki aydan sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi üçün cənab Prezident 2017-ci il mayın 16-da xüsusi sərəncam imzalayıb. Bu sərəncam tariximizin həmin şərəfli dövrünü daha dərindən öyrənmək üçün yeni imkanlar açır. 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrdə erməni-bolşevik silahlı dəstələrinin cinayətləri barədə əlimizdə olan ən sanballı mənbə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının topladığı materiallardır. Təəssüf ki, Xalq Cümhuriyyətinin süqutu Fövqəladə İstintaq Komissiyasının üzə çıxardığı faktların dünya ictimaiyyətinə çatdırılmasına, hadisələrə hüquqi-siyasi qiymətin verilməsinə mane oldu. Lakin  bu Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Fövqəladə İstintaq Komissiyanın gördüyü işin əhəmiyyətini heç də azaltmır.

Tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora  məruz qalsa da həmin hadisələrə heç bir siyasi-hüquqi qiymət verilməsi mümkün olmamışdı. Ona görə ki, hər dəfə ermənilər məkrli niyyətlərini öz havadarlarına, başqa sözlə mərkəzi hakimiyyətə, real güc sahiblərinə arxalanaraq və onların iştirakı ilə həyata keçirirdilər. 

Bu 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə və sonrakı dövrdə də məhz belə olmuşdur. Elə bu səbəbdən də soyqırımı faktları gizlədilir və ya təhrif olunmuş şəkildə təqdim olunur, elmi tədqiqat işləri sərt inzibati-ideoloji nəzarət altında aparılırdı. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında hifz edilməsinə, xalqın öz tarixindən ibrət dərsi götürməsinə imkan verilmirdi. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.

Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunub. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan məlumatlandırılıb. Artıq dünyanın 16 ölkəsi, ABŞ-ın 20-dən çox ştatı hökumət və ya parlament səviyyəsində, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb”.

Prezidentin köməkçisi daha sonra deyib ki, erməni millətçiləri soyqırımları törətməklə Azərbaycan xalqını sarsıtmaq, torpaqlarımızı zorla ələ keçirmək məqsədi güdsələr də, ağır faciələr xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib, ordumuzun Ermənistan qoşunlarının hərbi təxribatlarına verdiyi layiqi cavab, işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi Azərbaycanın nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi”.

Ə. Həsənov çıxışında onu da bildirib ki, Azərbaycan Respublikası 1996-cı ilin mayında “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya”ya qoşulub. Bu Konvensiya BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunub: “Lakin həmin sənədin qəbulundan 70 il keçməsinə baxmayaraq hələ də dünyanın bir çox yerlərində soyqırımı cinayətləri baş verir. Bunun başlıca səbəbi dünyada hökm sürən ikili standartlar, beynəlxalq birliyin, xüsusilə də aparıcı dövlətlərin soyqırımı cinayətlərinə vaxtında adekvat münasibət bildirməməsidir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar.

Digər tərəfdən, Azərbaycanda olduğu kimi, hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, multikulturalizmin və tolerantlığın cəmiyyətin həyat tərzinə çevrilməsinə nail olunması lazımdır”.

Qeyd edək ki, tədbirdən öncə Qubadakı soyqırımı məzarlığına yürüş təşkil olunub.

Yürüşdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, alimlər, din xadimləri, Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakıdan və digər bölgələrdən gələn müxtəlif təşkilatları təmsil edən şəxslər iştirak edib.

Yürüşdə “31 Mart soyqırımını unutmadıq!”, “Dünya birliyi erməni terrorizminə siyasi və hüquqi qiymət verməlidir!”, “Terrorizmə yox!” şüarları səsləndirilib.

304
Teqlər:
31 mart azərbaycanlıların soyqırımı, yürüş, konfrans, Əli Həsənov
Əlaqədar
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərgi təşkil olunub
Cəbiş müəllim azərbaycanlılara qarşı törədilmiş mart soyqırımı barədə
Bu gün azərbaycanlıların soyqırımından 100 il ötür
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya XİN: döyüşlər dərhal dayandırılmalıdır

112
(Yenilənib 14:25 21.10.2020)
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib ki, döyüşlər dərhal dayandırılmalı və dinc əhalinin zərər çəkməsinin qarşısı alınmalıdır.

BAKI, 21 oktyabr — Sputnik. Rusya Azərbaycan və Ermənistan rəhbərlərinin barışıq niyyətini alqışlayır. Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadən verdiyi xəbər görə, bu fikri Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko səsləndirib.

"Biz hər iki tərəfin fikrini eşitdik (Azərbaycan və Ermənistan nazirlərinin Rusiya Federasiyasına səfər etməyə hazır olduqları barədə). Onların sülhə nail olmaq arzusunu alqışlayırıq", – deyə Rudenko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, döyüşlər dərhal dayandırılmalı və dinc əhalinin zərər çəkməsinin qarşısı alınmalıdır.

Bir qədər bundan əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Rusiyaya səfər etdiyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

https://ria.ru/20201021/vizit-1580795863.html

112
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

67
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

67
Su-34 təyyarəsi, arxiv şəkli

Rusiyada qırıcı qəzaya uğradı

0
"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər.

BAKI, 21 oktyabr — Sputnik. Rusiyaya məxsus "Su-34" qırıcısı Xabarovsk diyarında qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər. Onların sağlamlığı üçün təhlükə yoxdur. Ekipaj üzvləri evakuasiya edilib", -deyə Şərq Hərbi Dairəsinin yaydığı məlumatda bildirilir.

Faktla bağlı araşdırmalar başlayıb.

0