İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Xarici Kəşfiyyat Xidmətinin rəisi təltif olundu

459
(Yenilənib 17:26 27.03.2018)
Xarici Kəşfiyyat Xidmətinin rəisi "Vətənə xidmətə görə" ordeni aldı

BAKI, 26 mart — Sputnik. Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

459
Teqlər:
Xarici Kəşfiyyat Xidmətinin rəisi, orden, təltif, Orxan Sultanov, Prezident İlham Əliyev