Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev

Prezident Mədət Quliyevə orden verdi

150
(Yenilənib 16:44 26.03.2018)
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təltif edildi

BAKI, 26 mart — Sputnik. Prezident İlham Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq  qərara alıram:

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

150
Teqlər:
təltif, orden, Mədət Quliyev, prezident İlham Əliyev