SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Abunə olmaq
"Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm"

BAKI, 26 mart — Sputnik. Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç! Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Xəbər lenti
0