İsa Qəmbər

İsa Qəmbərin səhhəti barədə son xəbər

157
(Yenilənib 15:20 14.03.2018)
Sabiq başqanın Ankarada müayinə və müalicəsi uğurla başa çatıb

BAKI, 14 mart — Sputnik. Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər müalicə aldığı Ankaranın "Hacettepe" xəstəxanasından buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı öz "Facebook" səhifəsində məlumat paylaşıb.

"İsa bəyin Ankarada müayinə və müalicəsi uğurla başa çatdı. Xəstəxanadan çıxdı. Yaxın günlərdə Bakıya dönəcək" — deyə A.Hacılı yazıb.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib, onun ürəyinə stentlər qoyulub. İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə o, Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe" xəstəxanasına yerləşdirilib.

157
Teqlər:
"Hacettepe" xəstəxanası, başqan, MSDM, Milli Strateji Düşüncə Mərkəzi, Müsavat Partiyası, İsa Qəmbər, Arif Hacılı, Ankara
Əlaqədar
İsa Qəmbərin səhhəti ilə bağlı son məlumat
İsa Qəmbərin səhhətində ciddi problem yaranıb

mina xəritələrinin Azərbaycana verilməsinə çağırıb

13
(Yenilənib 23:11 22.06.2021)
Mariya Peyçinoviç-Buriç qeyd edib ki, müharibənin nəticələri hər zaman ağır olur və yaraların sağalması, yenidən etimadın yaranması üçün vaxt lazımdır

BAKI, 22 iyun - Sputnik. Avropa Şurası Azərbaycan və Ermənistan arasında uzun müddətli, davamlı sülhün həll yollarının tapılmasında maraqlıdır.

Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yay sessiyası zamanı çıxışında deyib.

O, qeyd edib ki, müharibənin nəticələri hər zaman ağır olur və yaraların sağalması, yenidən etimadın yaranması üçün vaxt lazımdır.

"Biz Minsk qrupunun işlərini dəstəkləyirik. İki tərəf arasındakı sülhdən dərhal sonra da bizim nümayəndələrimiz, həm Bakını, həm də İrəvanı ziyarət etdi. Postkonflikt mühiti olduqca çətin mühitdir və Avropa Şurası olaraq edə biləcəyimiz iş konfliktdən zərər görmüş yerlərdə etimadın qurulması tədbirlərinin görülməsidir", - deyə baş katib qeyd edib.

Ağdamın mina xəritələri

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Eləcə də oxuyun:

13
İran prezidenti İbrahim Rəisi, arxiv şəkli

İbrahim Rəisi hökumətinin xarici siyasətdəki əsas vəzifəsini açıqladı

2685
(Yenilənib 20:10 22.06.2021)
İbrahim Rəisi İran prezidenti vəzifəsində ilk addımları haqda Sputnik-ə danışıb. O, ABŞ-ın sanksiyaları, nüvə proqramı və ilk fərmanı haqda sualları cavablandırıb.

BAKI, 22 iyun - Sputnik. İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi özünün ilk mətbuat konfransında Sputnik-ə bildirib ki, onun icra hakimi vəzifəsində ilk fərmanı korrupsiyanın ləğvi, iş yerlərinin yaradılması üzrə vəziyyətin normallaşdırılması və mənzil bazarına aid olacaq.

“Bütün bu problemləri (korrupsiya və rüşvət – Sputnik-in qeydi) mənim hökumətim düzəldəcək. Və bizim atacağımız ilk addımlar tam məşğulluğun yaradılmasına diqqətin yönəldilməsi və mənzil probleminin (əmlak məsələlərinin) həllini ehtiva edəcək.  Müxtəlif sahələrdəki təşəbbüskar dövlət qurumları hörmətli İran vətəndaşlarının cəlb olunmasında aktiv iştirak etməlidir”, - Rəisi söyləyb.

Rəisi amerikalıları Birgə Hərtərəfli Fəaliyyət Planını pozmaqda, avropalıları isə nüvə razılaşmasında öz öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb: “Amerikalılara məsləhətim odur ki, öz öhdəliklərini yada salıb onlara əməl eləsinlər. Avropalılar isə ABŞ-ın təzyiqi altında əyilməməli, onların dediyini eləməməlidirlər. Qoy onlar BHFP üzrə üzərlərinə götürdükləri vəzifələri icra etsinlər. İran xalqı sadəcə istəyir ki, avropalılar BHFP-də vəd etdiklərini yerinə yetirsinlər. İran xalqı öz hüquqlarını müdafiə etmək isətyir. Biz bu hüquqlara nail olacağıq”.

Ayətullah İbrahim Rəisi BHFP üzrə Vyana danışıqlarına da münasibət bildirib: “Bizim nüvə danışıqlarını aparan nümayəndələrimiz proqress üçün əllərindən gələni edəcəklər. Mən artıq komandamın araşdırdığı  müvafiq hesabatları almışam”.

Sanksiyalara gəlincə, o, (ABŞ) İran xalqına qarşı bütün sanksiyaları ləğv etməlidir. Biz bunda təkid edirik, İranın əvvəlki hakimiyyəti kimi, biz də məhz buna nail olacağıq. Sanksiyaların tam ləğvi və düzgünlüyün yoxlanılması – mənim hökumətimin xarici siyasətinin diqqət mərkəzində duran əsas vektorlar bunlar olacaq”.

Rəisinin qələbəsi 

İyunun 18-də İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanaraq qalib gəlib.

Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnaser Hemmati arasında gedib.

İranın hazırki prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etməyib. Ekspertlər İranın ali lideri Əli Xameneinin İbrahim Rəisini dəstəklədiyini bildirirlər.

Eləcə də oxuyun:

  • Baydenlə görüşmək niyyətinə deyiləm – İranın yeni prezidenti sərt danışdı

  • Ekspert: “İrandakı prezident seçkiləri dəyişikliklərə səbəb olacaq”

 

2685
Teqlər:
mətbuat konfransı, prezident, İran
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur”

0
(Yenilənib 16:46 22.06.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır
Vüsal Qasımlı: “Yeni format iqtisadi baxımdan böyük potensial vəd edir”

““3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir: “Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb.  “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

0