Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan siyasətində görünməmiş biabırçılıq: Bu qədər də yox artıq!

© Facebookİqtidar - müxalifət dialoqu
İqtidar - müxalifət dialoqu - Sputnik Azərbaycan
Abunə olmaq
"Söyüş püskürməsi"nin dalğavari bütün ölkə boyunca yayılmasında maraqlı olan kənar qüvvələr var

BAKI, 13 mart — Sputnik. Ölkə siyasəti heç vaxt bu qədər söyüşə aludə olmamışdı. İndi az qala hamı söyür, təhqir edir. Azərbaycanda siyasi münasibətlərin ən gərgin vaxtında belə, təhqir yolverilməz hesab edilib. İndi hətta jurnalistlər də bir-birinə cavab yazanda əks arqument kimi ailənin təhqiri metodundan istifadə edir.

İndi burda hərdən müxalifətin mitinqi keçirilir - Sputnik Azərbaycan
TƏHLİL
Buna görə həyəcan təbili çalırdıq

Əslində, indi siyasi münasibətlər Heydər Əliyev – Əbülfəz Elçibəy dövrünə qayıtmalıdır. Amma kimlərsə münasibətlərə düşmənçiliik toxumu səpir. Kimlərsə münasibətləri açıq savaş müstəvisinə çəkir. Bunun nə demək olduğunu anlayan varmı? Nə baş verir? Ətalətdən çıxan insanların son 25 ildəki aqressiyası nəyin xəbərçisidir?

Bəzən ictimai rəyi hansısa bir "obıvatel"in münasibəti ilə də öyrənmək mümkündür. Dünən bir taksi sürücü də yol boyu bu təhqirlərdən danışırdı. Danışığından Bakı kəndlərindən olduğu sezilirdi. "Alə, qərdeşim, bilirsən, necədür?! Bizim cavanlıqda söyüşə görə baş kəsilirdi. İndi kimə baxırsan, ana-bocu söyüşü edir. Özünə hörmət edən oğul söyüşün ardında gizlənmir. Bu çox pis qurtaracaq. Çətini ilk qanın tökülməsinə qədərdir". Sürücü haqlıdır. Bunu durdumağın zamanı çoxdan çatıb.

Prezident İlham Əliyev məmurları xəbardar edir: Harınlamayın, qudurmayın, insanları alçatmayın. Müşavirədə ölkə başçısını ayaqüstə alqışlayanların çoxu iclasdan çıxan kimi yenə də başlayırlar öz əməllərini davam etdirməyə. Nəticəsi nə olur? On illər boyunca susan əhali icra başçısının və yaxud harın məmur övladının təhqirinə dözmür, ölümünü göz önünə alaraq, həmin məmura üsyan püskürür.

Mətbuat nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi - Sputnik Azərbaycan
Əli Həsənov: "Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib?"

Bu, Qubada da belə oldu, İsmayıllıda da, Xazmazda da, digər bölgələrdə də. Doğrudan da, insan psixologiyası olduqca mürəkkəbdir. Rəhbərinin qarşısında farağat vəziyyətində dayanan biri hər cür təhqirə dözür, lakin kiminsə söyüşünü uda bilmir, nəticədə xoşagəlməz hadisələr baş verir. Bütün bunlar mentalitetdən irəli gələn incəliklər təsiri bağışlasa da, xüsusi siyasi laboratoriyalarda sınaqdan keçirilmiş eksperimentə daha çox bənzəyir.

Əgər, doğrudan da məsələ təqdim olunan kimidirsə, yəni ictimai rəy söyüşə bu qədər həssasdırsa, onda istənilən yerli və xarici qüvvə asanlıqla provokasiyalara əl ata, qısa bir zaman kəsiyində ölkədəki sabitliyə zərbə vura bilər.

Hazırkı şəraitdə, ölkədəki "ətalət sükutu" o dərəcədə həssadır ki, istənilən anda harın bir məmurun əxlaqa zidd davranışı, yaxud hansısa müxalifətçinin öz rəqibinin ailəsini təhqir etməsi qanla sonuclana bilər. Tarixdə söyüşün vətəndaş qarşıdurmasının başlanğıcı üçün vəsilə olduğunu sübut edən faktlar da kifayət qədərdir.

Lakin məsələ təqdim olunan qədər də sadə görünmür. Ehtimal etmək olar ki, "söyüş püskürməsi"nin dalğavari bütün ölkə boyunca yayılmasında maraqlı olan kənar qüvvələr də var. Əgər, onların hədəfində qarşıdan gələn prezident seçkiləri durursa, "barıtı" çoxaltmağa çalışacaqlarını ehtimal edə bilərik.

Münasibətlər niyə "söyüş müstəvisi"nə transfer elədi? Sivil mübarizə üçün heçmi yer qalmadı? Rus dilində belə bir ifadə var – "pабота над ошибками". Buraxılan səhvlərin emosiyasız təhlili, səhvlərin düzəldilməsi istiqamətində iş, özünütənqid. Bu, istər mövsümi aksiyalara (mtinq və piket taktikasına) münasibətdə, istərsə də strategiya seçimində özünü göstərməlidir.

Города мира. Бишкек - Sputnik Azərbaycan
Bu ölkədə söyüş söymək qadağan edildi

Narazılığa baxmayaraq, aksiyalara niyə az adam qoşulur? İqtidardan çəkinirlər. Bunu bildik. Bəs, müxalifət özü hansı səhvlərə yol verir? Son 25 ilin hesabatı verilməlidirmi? Axı bu qədər məğlubiyyət olmaz.

Yaxın və uzaq qonşuların tarixi onu göstərir ki, istənilən şəraitlərdə uğur əldə etmək mümkündür. Tarixçilər bunu bilir. Düzdür, Lalə Şövkət, Etibar Məmmədov, İsa Qəmbər partiya sədrliyindən getdilər, lakin yenə də həmin partiyada əsas avtoritet sahibidirlər. O birilər isə heç zaman getməyəcəklər öz postlarından.

Gəncləri ətrafına toplamaq yaxşıdır, lakin 25 il bundan öncə gənc olanlar artıq qocadırlar, daha 25 il gözləmək şansları yoxdur. Yeni gələnləri də 25 il qocaldıb, sonra "ölümə qənşər" deməyin nə adı var? "Hamı günahkardır, tək mənim günahım yoxdur" yanlış düşüncədir.

Söyüş söyənlərin də əsl kimliyini öyrənmək üçün 25 il gözləməyə ehtiyac yoxdur. O təxribatçılara dərhal "yox" demək lazımdır. İmkan vermək olmaz ki, ədəbi olmayanlar kiminsə ailəsini təhqir etməklə, "yeni lider" olsunlar.

"Youtube" kanalında yeni peyda olmuş "lider"lərin siyasi rəqiblərinin ailəsinə qarşı istifadə etdiyi metod küçə uşaqlarının revanşı deyil. Kütlə psixologiyasını bilən hər kəs anlayır ki, ekstrimal vəziyyətlərdə beyinlərin idarə olunması nə anlama gəlir.

Qırğızıstanda ictimai yerlərdə ətrafdakıları narahat etmək, söyüş söymək, spirtli içkilər içmək qadağan edilib. Qanunu pozanlar 15-45 dollar arası cərimə ödəyirlər. Yaxşı praktikadır, deyilmi?

Xəbər lenti
0