SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək seçkilərlə bağlı qərar verdi

© REUTERS / Vincent KesslerAvropa Parlamenti, arxiv şəkli
Avropa Parlamenti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı rəsmi mandat verilməyib

BAKI, 9 mart — Sputnik. Avropa Parlamentinin (AP) nümayəndələri Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməyəcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə bildirilir.

Европейский парламент - Sputnik Azərbaycan
QARABAĞ
Avropa Parlamentində Azərbaycanla bağlı bir ilkə imza atıldı

Burada qeyd olunur ki, AP seçkiləri müşahidə etməyəcəyi üçün proses və daha sonra elan olunacaq nəticələrlə bağlı hər hansı şərh verməyəcək: "AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı rəsmi mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir".

Avropa Parlamenti Azərbaycanla münasibətlərinə dair yay tətilindən öncə plenar iclas zamanı hesabat qəbul edəcək. Bu hesabat AP-nin seçkilər mövzusunda rəsmi mövqeyini əks etdirəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də, Azərbaycanda isə aprelin 11-də keçiriləcək.

Xəbər lenti
0