Siyavuş Novruzov

Siyavuş Novruzov: “İrəvanla bağlı bütün sənədlər Rusiya arxivlərində saxlanılır”

552
(Yenilənib 15:44 21.02.2018)
Millət vəkili: “Əgər o sərhədlər bərpa olunmursa, biz onda 1918-ci ilin sərhədləri məsələsinə gedib çıxacağıq”

BAKI, 21 fevral — Sputnik. “1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra Azərbaycanın İrəvan mahalına əsasən İran ərazisində məskunlaşmış ermənilərin köçürülməsinə başlanılıb. Sonradan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də ermənilərin Demokratik Respublikanın parlamentinə müraciət etmələri ilə bağlı rəsmi sənəd var. Ermənilər Demokratik Respublikanın parlamentinə müraciət ediblər ki, siyasi mərkəzləri olmadığına görə, Azərbaycanın qədim şəhəri olan İrəvan ermənilərə siyasi mərkəz kimi verilsin. Yəni bu məsələ sənədlərlə öz əksini tapıb, sənədlərdə mövcuddur”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Ölkə prezidenti İlham Əliyevin YAP-ın qurultayında "İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlıları ora qaytarmalıyıq" fikrinə toxunan deputat bildirib ki, prezident bununla da “əgər bu gün Qarabağda ermənilər Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırlarsa, gələcəkdə biz İrəvanla bağlı məsələləri müzakirə edəcəyik” fikrini çatdırmaq istəyib: "Yəni Azərbaycanın ordusu da kifayət qədər güclüdür, amma biz neçə illərdir diplomatik yolla bu məsələnin həlli ilə bağlı addımlar atırıq. Rusiyadan və Ermənistandan olan ekspertlərin də fikirlərini oxudum. Onlar da başa düşməyə başlayırlar ki, əgər bu gün  Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunları çıxarılmasa, gələcəkdə ermənilər daha böyük ərazilər itirə bilərlər. Və bu vəziyyətin səbəbkarı təkcə Azərbaycan olmayacaq – Ermənistanda iqtisadiyyat yoxdur, demək olar ki, böhrandır. Ermənistanda siyasi rejim hərbi xuntadır. Ermənistandan əhali köçüb gedir və əhalinin sayı getdikcə azalır. Hətta seçkiqabağı deyirlər ki, biz çalışacağıq ki, 20 ildən sonra Ermənistanın əhalisini 4 milyona çatdıraq. Azərbaycan əhalisinin sayı isə 10 milyonu keçib. O cümlədən bütün beynəlxalq infrastruktur, layihələr Ermənistandan yan keçib. Halbuki, Ermənistan onun vasitəsilə son 25 ildə daha çox qazana bilərdi, nəinki bu vəziyyətdə qalmaq ilə. Bütün bu layihələrin böyük bir hissəsi Ermənistan ərazisindən keçməklə də həll oluna bilərdi".

YAP rəsmisi vurğulayıb ki, bütün dünya 1991-ci ildə BMT-nin qəbul etdiyi sərhədləri əsas götürür: "Əgər o sərhədlər bərpa olunmursa, biz onda 1918-ci ilin sərhədləri məsələsinə gedib çıxacağıq. Yəni İrəvan, Zəngəzur, Dərələyəz – bütün bu ərazilər Azərbaycanın qədim ata-baba torpaqlarıdır və burada azərbaycanlılar yaşayıb. Mən bir faktı demək istəyirəm. Rusiyanın 1-ci, 2-ci, 3-cü Dumasına seçilənlər arasında o ərazidən bir nəfər erməni millətindən olanlar yoxdur, hamısı azərbaycanlılardır. Sənədlər Rusiyada var. Əgər adı çəkilən ərazilərdə ermənilər yaşayırdısa, Dumaya da erməni seçilməli idi. Nə Dağlıq Qarabağın ərazisindən, nə İrəvandan, nə Zəngəzurdan, nə Dərələyəzdən — heç birindən bir nəfər erməni yoxdur. Hamısının Duma sənədlərində adı, soyadı var. Söhbət 1905-ci ildən gedir. Heç uzaq tarix də deyil, yəni bu, bütün arxivlərdə var. Cənab prezident də bu faktlar əsasında deyir ki, əgər onlar 1991-ci ilin sərhədlərinə qayıtmaq istəmirlərsə, onda biz 1918-ci ilin sərhədlərinə qayıda bilərik".

Xatırladaq ki, prezident İlham Əliyev YAP-ın altıncı qurultayında azərbaycanlıların İrəvana geri qayıtmalı olduğunu söyləmişdi: "Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək".

"Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı — bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq" — dövlət başçısı vurğulayıb.

552
Teqlər:
mənsubiyyət, İrəvan, Siyavuş Novruzov, açıqlama
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Nensi Pelosi Minsk Qrupunun həmsədrləri ilə görüşüb

12
(Yenilənib 10:14 24.10.2020)
Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib.

BAKI, 24 oktyabr - Sputnik. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşü baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son durumu, cəbhədəki vəziyyət, Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin pozulması, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq danışıqları məhv etdiyini, nəinki işğal altında olan Azərbaycan torpaqlarından, habelə Ermənistan ərazisindən münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın şəhərlərinə raket zərbələri endirdiyini və üçüncü tərəfləri münqişəyə cəlb etməyə çalışdığını vurğulayıb.

Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib. Spiker, həmçinin münaqişəyə digər dövlətlərin müdaxilə etməməsinin və münaqişənin daha geniş vüsət almamasının vacibliyini qeyd edib və danışıqların tezliklə bərpa edilərək ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcəyinə inamını ifadə edib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişaf dinamikası və narahatlıq doğuran digər məqamlar ətrafında fikir mübadiləsi aparılıb.

Vaşinqtona səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşü keçirilib.

XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfi iki dəfə humanitar atəşkəsi pozub, Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutur və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyur.

Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.

Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb

43
Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb.

BAKI, 23 oktyabr - Sputnik. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşü keçirilib.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalini və yaşayış məntəqələrini hədəf alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə ətraflı məlumat verib.

Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin ölkələr arasındakı əməkdaşlıq gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparıblar.

43
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bərdə rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

MN: Tərtər Bərdə atəşə tutulur

0
Cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrimizin Ermənistan silahlı qüvvələri tərəfindən ataəşə tutulması davam edir.

BAKI, 24 oktyabr — Sputnik. Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

0