Siyavuş Novruzov

Amnistiya məsələsinə aydınlıq gətirildi: "Bu vəbadan birdəfəlik qurtulmaq lazımdır"

507
(Yenilənib 18:20 20.02.2018)
Millət vəkili: "Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb, siyasi baxışlarına görə heç kəs məsuliyyətə cəlb olunmayıb"

BAKI, 20 fevral — Sputnik. "Biz məsələ qaldırmışıq ki, parlamentdə həm Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, həm Ümummilli Liderin 95 illiyi ilə əlaqədar olaraq çox geniş bir amnistiya olsun və bu, bütün təbəqələri əhatə etsin. Orada yaşlı insanlardan, himayəsində uşaq olan qadınlardan, ən əsası Azərbaycanın müstəqilliyi və azadlığı, ərazi bütövlüyü uğrunda vuruşmuş, sonradan ehtiyatsızlıqdan, hər hansı bir səbəbdən cinayət törətmiş şəxslərdən söhbət gedir".

Məhkumlar, arxiv şəkli
© Sputnik / Aleksey Kudenko

Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb: "Siyasi baxışlarına görə heç kəs məsuliyyətə cəlb olunmayıb. Kimin hansı partiyanın üzvü olması, hansı mətbuat orqanın rəhbəri olması və yaxud da hansısa dini cərəyana qoşulması onu qanunu pozmaqdan sığortalamır".

"Bu insanları öyrədirlər ki, siz gedin cinayət törədin və əgər sizə qarşı hər hansı bir qanuni tədbir görüləcəksə, biz bəyanat verəcəyik və sizi siyasi məhbus kimi təqdim etməyə çalışacağıq. Bununla da müxtəlif seçkilərdə, qalan dövrlərdə Avropa strukturları ilə bizim aramızda yaranan xoş münasibətlərə, Avropaya doğru inteqrasiyaya, Avropa İttifaqı ilə bizim həyata keçirdiyimiz layihələrə əngəl törətməyə çalışırlar. Və məhz bunları nəzərə alaraq, mən belə bir ideya ortaya atmışam ki, bu adamları birdəfəlik azad edək, bu vəba xəstəliyindən birdəfəlik biz qurtaraq" — S.Novruzov bildirib.

Millət vəkil qeyd edib ki, bu addımdan sonra həmin dairələrin daha hansı təzyiq metodları düşünəcəklərinə baxılacaq: "Yəni əgər insan hüquqlarından danışırıqsa, müharibə bölgələrində nə qədər uşaqların hüquqları pozulur, insanların hüquqları pozulur. Elə Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün bütün hüquqlarından məhrum olub. Mülkiyyət hüququndan tutmuş digər hüquqlarına qədər. Xocalıda insanlar bütün hüquqlarından məhrum olundular və onlara olmazın işgəncələr verilib".

"Bununla bağlı beynəlxalq təşkilatlar bir kəlmə fikir söyləmirlər. Amma bir adam öz yazısında kimi isə təhqir edibsə və yaxud da qanunsuz əməl, cinayət törədibsə, qeyri-qanuni yollarla Azərbaycana pul gətirib və bundan ölkəmizdə yaranmış ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirsə, buna dərhal siyasi məhbus donu geyindirirlər", — müsahibimiz vurğulayıb.

S.Novruzovun sözlərinə görə, bir sıra siyasi partiyalar da bunu alver predmetinə çevirmişdilər: "Məsələn, mühacirlik statusu almaq üçün saxta arayışların verilməsi kimi. Bunların hamısının üstü açıldı. Artıq Respublika Prokurorluğunda bununla bağlı ciddi işlər gedir, cinayət işi qaldırılıb. O cümlədən, heç bir partiyanın üzvü olmaya-olmaya götürüb ona filan partiyanın adından hər hansı bir arayışın verilməsi. Guya ki, həmin şəxs bu partiyanın üzvü olduğuna görə məsuliyyətə cəlb edilib".

"Halbulki çox ciddi cinayətlər törədib. Biz bunların hamısının şahidiyik. Valideynlərindən pul almaq qarşılığında onların adını siyasi məhbus deyə yazdırırdılar. Halbuki, Azərbaycanda hüquq müdafiə təşkilatları bu adamları tanımırdılar. Və yaxud da Azərbaycanda metro partladan Əlikram Hümbətov kimi insanlar siyasi məhbus kimi qələmə verilirdi. Hansı ki, metronu partlatmış və nə qədər insanın orada həlak olmasına səbəb olmuşdu. Bunun harası siyasi məhbusdur? Hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, adam konkret cinayət törədib, insan öldürüb. Orada uşaq, qadın, yaşlı insanlar da vardı, hər cür millətin nümayəndəsi vardı. Bu cür insana götürüb siyasi məhbus statusu vermək gülüncdür. Yəni bu, artıq bəlli idi ki, təzyiq metodudur. O baxımdan da bunu qəbul etməklə biz bu təzyiq metodlarından tamamilə uzaqlaşa bilərik", — deyə o bildirib.

507
Teqlər:
ümummilli lider, Azərbaycan Xalq Cümhuriyyəti, siyasi məhbus, Siyavuş Novruzov, insan, cinayət, amnistiya, Avropa, parlament, Azərbaycan, qanun, hüquq, həbs
Əlaqədar
Prezident İlham Əliyevə əfv üçün müraciət olundu
Azərbaycan Prezidenti 423 məhbusu əfv etdi
Əfv Komissiyası 110 nəfərin müraciətinə baxıb
Əfv siyahısına düşən məhbusların sayı açıqlandı
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

Türkiyə səfirliyindən Azərbaycana Laçın təbriki

14
(Yenilənib 11:22 01.12.2020)
Bu barədə məlumat Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Laçının işğaldan azad edilməsi və Azərbaycan torpaqlarına yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Qarabağ Azərbaycandır!", - deyə məlumatda vurğulanır.

14
Teqlər:
təbrik, Türkiyə, Azərbaycandakı səfirliyi, Laçının azad olunması
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

225
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

225
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Vurulmuş erməni tankı, arxiv şəkli

Ermənistanın məhv edilən qənimət götürülən texnikaların siyahısı açıqlandı

0
Prezident: "Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı"

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun məhv edilmiş və qənimət kimi götürülən texnikalarının siyahısını açıqlayıb. Sputnik Azərbaycan həmin siyahını təqdim edir:

Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə, "Smerç" - dörd dənə, "Qrad" - 97 dənə, "Uraqan" - 2, "YARS" - 1, TOS odsaçan - 1, "S-300" zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir "S-300" radiolokatoru və iki "S-300" aşkaretmə stansiyası məhv edildi. "Oborona" radiolokasiya stansiyası - 1 dənə, "TOR" zenit-raket kompleksi - 5 dənə, "Osa" zenit-raket kompleksi - 40 dənə, "KUB" zenit-raket kompleksi - 4 dənə, "KRUQ" zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125" zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, "Elbrus" əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, "Toçka-U" raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, "R-142" komanda qərargah maşını - 2 dənə, "Nebo-M" radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, "Reppelent" radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları "Akasiya" və "Qvozdika" – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, "Şilka" zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. "Su-25" təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

"Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır," - deyə İlham Əliyev qeyd edib.

0
Teqlər:
Ermənistan ordusu, siyahı, texnika, hərbi qənimət