Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini qəbul edib

Prezidentdən almanlarla görüşdə iqtisadiyyatla bağlı vacib sözlər

33
(Yenilənib 09:56 14.02.2018)
Dövlət başçısı Azərbaycandakı uğurlu inkişafdan söz açıb

BAKI, 13 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətini salamlayıb və Almaniyadan belə böyük nümayəndə heyətini görməyə çox məmnun olduğunu bildirib. Prezident qeyd edib ki, bu səfər ölkələrimizin biznes dairələrində qarşılıqlı maraq olduğunu və yeni layihələr, yeni ideyalar haqqında düşünməli olduğumuzu nümayiş etdirib: “İndiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib. Həmçinin bizim müasir zavodlarımız istehsalatda Almaniya avadanlığından istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın artırılması üçün böyük potensial var.

İlham Əliyev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabətqabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir. Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir.

Alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır. Bu da hər iki tərəf üçün yaxşı bir haldır. Əlbəttə, mən ümid edirəm ki, səfərinizdən sonra yaxşı əməli nəticələr olacaq və biz daha da fəal iqtisadi əməkdaşlıq aparacağıq”.

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini qəbul edib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini qəbul edib

Dövlət başçısı Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğulayıb, Azərbaycanın son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini bildirib. Bu sahəyə iri həcmdə investisiyaların cəlb edildiyini deyən prezident Azərbaycanın artan iqtisadi potensialını, qəbul edilmiş regional inkişaf proqramlarının yerinə yetirilməsini nəzərə alaraq növbəti beşillik proqramda da dövlət tərəfindən maliyyələşdirilən mühüm infrastruktur və inşaat layihələrinin əksini tapacağını, mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın həqiqətən də həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrildiyini bildirdi. Ölkəmizdə həm qonşu, həm də uzaq xarici ölkə nümayəndələrinin iştirakı ilə mühüm beynəlxalq tədbirlərin keçirildiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilməkdədir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə çoxmilyardlı investisiyalar qoyulub.

İlham Əliyev “Thales International” şirkətinin birinci vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycanın regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən Prezident İlham Əliyev ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşındığını bildirib. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən dövlətimizin başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin həyata keçiriləcəyini bildirib.

Dövlət başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğulayıb.

33
Teqlər:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, görüş, bəyanat, iqtisadiyyat
Əlaqədar
İlham Əliyev həmsədrləri qəbul edib
İlham Əliyev növbədənkənar prezident seçkiləri elan etdi
İlham Əliyev görüşlər keçirib
İlham Əliyev xizək sürdü